Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
  17.03.2017
Something0
17 mart 2017-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın əvvəlində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının üzvü, İnstitutun aparıcı elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Naxçıvan arxeoloji ekspedisiyasının Babək-Culfa dəstəsinin rəisi, “Tarix, insan və cəmiyyət” jurnalının baş redaktoru, tarix elmləri doktoru Abbas Qədir oğlu Seyidovu 60 illiyi münasibətilə təbrik etmiş, şəxsən öz adından və İnstitut əməkdaşları adından yubileyi münasibətilə professor A.Seyidova səmimi arzuları çatdırmışdır.
Elmi Şuranın gündəliyində ilk məsələ AMEA RH 23 fevral 2017-ci tarixli 3/3 qərarı ilə əlaqədar idi. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova qeyd edilən qərar barədə iclas iştirakçılarına geniş məlumat verdi.
Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli çıxış edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın bəzi bəndlərinin birbaşa İnstitutun fəaliyyət sahəsi ilə əlaqəli olduğunu göstərdi. Qeyd edildi ki, Fərmanda göstərilmiş müddəalardan irəli gələrək “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi“nin tərtib edilməsində İnstitut öz təkliflərini tezis formasında Nazirlər Kabineti qarşısında irəli sürməsi məqsədə uyğun hesab edilə bilər. Məsələ ilə əlaqədar tezis formatında fikirlərinin təqdim etmələri barədə İnstitut əməkdaşları qarşısında tələb irəli sürüldü.
Növbəti müzakirə məsələsi çap üçün hazır işlərin müzakirəsi oldu. İclas iştirakçıları A.Seyidov, A.Quliyev, R.Rzayevin “Azərbaycan tarixi (numizmatik materiallar əsasında e.ə. VI – e. XX əsrin əvvəlləri)” adlı dərs vəsaitini, Ş.Nəcəfov, A.Ağalarzadə, V. Əsədovun “Qazıqulu abidələri” kollektiv tədqiqat əsərini və A.M.Məmmədovun “Tərtər Orta əsrlərdə” adlı monoqrafiyasını müzakirə etdilər. Müzakirələrin sonunda göstərilən əsərlərə müsbət rəy bildirildi.
Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası cari məsələləri müzakirə etdi.
Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının iclasında akademik Teymur Bünyadov, AMEA-nın müxbir-üzvü İlyas Babayev, İnstititun şöbə rəhbərləri, həmçinin, İnstitutun Elmi Şura üzvləri iştirak edirdilər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az