Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI MİNSKDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI MİNSKDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
  10.04.2017
Something0
Mart ayının 30-31-də Belarusun paytaxtı Minsk şəhərində "Belarus müasir geosiyasi proseslərdə” adlı beynəlxalq konfrans keçirilib.
Belçika, Hollandiya, Polşa, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qazaxstan və digər ölkə alimlərinin də iştirak etdiyi həmin mötəbər tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Tahir Şahbazov və Şövqi Həsənov təmsil ediblər.
Tahir Şahbazovun "Müasir beynəlxalq münasibətlərin Azərbaycan-Belarus nümunəsi” və Şövqü Həsənovun "Qloballaşma şəraitində Azərbaycan - Belarus mədəni əlaqələri” mövzusunda məruzələri böyük maraqla qarşılanıb. Alimlərimiz panellərarası görüşmələr zamanı digər ölkə alimləri ilə söhbətlərdə Azərbaycan həqiqətlərindən, Qarabağ münaqişəsinin əsil mahiyyətindən, o cümlədən 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı tərətdiyi soyqırımından da bəhs ediblər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az