Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

İSTANBULDA "AZƏRBAYCANLI VƏ DİGƏRLƏRİ: MİLLİ İDENTİKLİYİN FORMALAŞMASI PERSPEKTİVLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ
İSTANBULDA "AZƏRBAYCANLI VƏ DİGƏRLƏRİ: MİLLİ İDENTİKLİYİN FORMALAŞMASI PERSPEKTİVLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ
  17.04.2017
Something0
11 Aprel 2017-ci il tarixində İstanbul şəhərində yerləşən İsveçin tədqiqat institutunda "Azerbaijani and Beyond". Perspectives on the Construction of National Identity. ("Azərbaycanlı və digərləri: Milli identikliyin formalaşması perspektivləri (Berlin: Verlag Dr. Köster. 2017)" adlı kitabın təqdimatı keçirilmişdir. Bu kitab həm Azərbaycanlı, həmdə xarici müəlliflərin iştirak ilə ərsəyə gəlmişdir. Kitabın redaktorları antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, tarix üzrə fəlsəfə doktoru Ceyhun Mahmudlu və Fransanın Anadolu tədqiqatları İnstitutunun Qafqaz filialının Bakıdakı keçmiş rəhbəri xanım doktor Adelin Brodur. Kitaba ön sözü Əliağa Məmmədli və Fransa Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun professoru xanım Anna de Tanqid yazmışlar.
Kitabın təqdimatında iştirak etmiş Əliağa Məmmədli və Ceyhun Mahmudlu bildiriblər ki, kitab 14-15 May 2015-ci il tarixlərində keçirilmiş “Hərəkətdə olan identikliklər: lokal, regional və qlobal proseslərdə Qafqaz” adlı Beynəlxalq antropoloji konfransda təqdim olunan məruzələr əsasında yazılmış məqalələrdən tərtib olunmuşdur. Həmin konfrans keçmiş Qafqaz Universitetinin Təhlükəsizlik və Energetika Tədqiqatları Mərkəzi (hal-hazırda Mühəndislik Akademiyası), Fransanın Anadolu tədqiqatları İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmişdir. Konfransın işində Fransa, Türkiyə, Gürcüstan, Finlandiya, İsveç və Azərbaycandan olan tarixçilər, sosioloqlar və antropoloqlar iştirak etmişdir.
Əliağa Məmmədlinin sözlərinə görə, kitabda toplanılmış məqalələrin müəllifləri öz işlərində müasir antropologiyanın ən aktual mövzularından olan, xüsusilə yenidən formalaşan cəmiyyətlər üçün böyük əhəmiyyət kəsb edən milli, dini və etnik identikliklər probleminin həllinin öyrənilməsi kimi məsələlərə toxunmuşlar. Bundan başqa, qeyd etmək yerinə düşər ki, günümüzdə qlobal mədəniyyətin və standartların müasir insanın həyatına daxil olması ilə həmin problemlər daha aktual xarakter almağa başlayır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az