Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

SƏFƏR AŞUROV “MİLLİ İRS MÜKAFATINA” LAYİQ GÖRÜLDÜ
SƏFƏR AŞUROV “MİLLİ İRS MÜKAFATINA” LAYİQ GÖRÜLDÜ
  18.04.2017
Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə layihəsi olan smartfonlar vasitəsilə tarix-mədəniyyət abidələri haqqında maarifləndirmə və tanıtım məqsədi daşıyan “Sirli Bakı” layihəsi də təqdim olundu. Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərə və təşkilatlara Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” təqdim edildi.
Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə mükafata layiq görülən ziyalılarımız sırasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix elmləri doktoru Səfər Aşurov da var idi.

Mənbə: http://mct.gov.az/news-details?id=4738

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az