Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 94-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 94-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ
  10.05.2017
10 may 2017-cİ il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları qatılmışlar.
Tədbiri giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirdi ki, SSRİ dönəmində və xüsusilə, SSRİ-nin dağıldığı bir təlatümlü dövrdə görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan dövlətinin başında durması - Allahın xalqımıza olan lütfünün bariz təcəssümüdür. Belə ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızı və dövlətimizi böyük fəlakətlərdən xilas etdi. Professor M.Rəhimova çıxışını davam edərək qeyd etdi ki, dövlət quruculuğu və siyasət sahələrində nümayiş etdirdiyi fövqəladə istedadı ilə bərabər Ümummilli Lider həm də Azərbaycan tarixinə böyük diqqət yetirmiş, xüsusilə də Azərbaycan arxeologiyasını və etnoqrafiyasını daim himayə etmişdir. Onun hakimiyyətdə olduğu illər Azərbaycan arxeologiyasının inkişafı mərhələsi kimi tarixə düşmüşdür. Hətta, Ulu Öndərin böyük səyi nəticəsində gerçəkləşmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı Azərbaycan tarixinin ən qədim dövrlərindən orta əsrlərə qədər 30 mindən yuxarı maddi mədəniyyət nümunəsi aşkar edilmiş, bu tədqiqatların nəticəsində artıq XXI əsrdə Azərbaycan dünya arxeoloqlarının diqqət mərkəzinə daxil olmuş, bunun yekunu kimi dünyanın qabaqcıl arxeoloji məktəbləri ilə qarşılıqlı səmərəli beynəlxalq əlaqələr və əməkdaşlıq qurulmuşdur. “Sözsüz ki, Azərbaycan Dövlətinin güclənməsi, xalqımızın rifahının artması, həmçinin, arxeologiya da daxil olmaqla Azərbaycan elminə qayğı kimi Ulu Öndər tərəfindən təməli qoyulmuş siyasi fəaliyyət strategiyası dahi şəxsiyyətin varisi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir” – deyə professor M. Rəhimoa xüsusi olaraq vurğuladı.
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, İlyas Babayev sovet dönəmində Heydər Əliyevin arxeologiyaya və abidələrin mühafizəsinə göstərdiyi qayğı ilə bağlı maraqlı xatirələrindən danışdı. İnstitutun şöbə müdirləri, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, tarix üzrə fəlsəfə doktorları Abuzər Ələkbərov, Tofiq Babayev, Fərhad Quliyev və d. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü əzəmətli işlərdən, üzləşdiyi çətinliklərdən, Azərbaycan elminə verdiyi önəmdən söz açdılar.
Tədbir ərzində Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumatları, arxeologiyaya göstərdiyi qayğını əks etdirən təsvirlərdən ibarət slaydlar nümayiş etdirildi.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az