Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

ŞAMAXININ DƏMİRÇİ KƏNDİNDƏ SONANTİK-ERKƏN ORTA ƏSRLƏR DÖVRÜNƏ AİD NEKROPOL AŞKARLANIB
ŞAMAXININ DƏMİRÇİ KƏNDİNDƏ SONANTİK-ERKƏN ORTA ƏSRLƏR DÖVRÜNƏ AİD NEKROPOL AŞKARLANIB
  31.05.2017
Şamaxının Dəmirçi kəndi ərazisində rayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası mayın 7-dən başlayaraq burada tədqiqatlar aparır. Professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar 28 qəbir açıb, onlardan 18-i təmizlənərək öyrənilib.
Nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir. Həmin ərazidə ilkin arxeoloji tapıntılar hələ 2015-ci ildə yol çəkilərkən təsadüfən aşkarlanmışdı.
Kvadrat formada olan qəbirlərin hamısının divarları çaydaşı və ya əhəng daşından ibarət olan qaya parçalarından hörülüb, üzəri isə iri sal daşlarla qapanıb. Qəbirlərin üst örtüyü kimi istifadə olunan sal daşların əksəriyyətinin uzunluğu 2 metr, eni 1,5 metr, qalınlığı isə 10-40 santimetrdir. Bu daşların ağırlığı 150-300 kiloqramdan çoxdur. 6-7 nəfərin çətinliklə yerindən tərpətdiyi bucür ağır və iriölçülü daşların buraya necə gətirilməsi və səliqə ilə qəbirlərin üzərinə yerləşdirilməsi maraq doğurur.
Qəbirlərdə skeletlər sıx və ya zəif bükülü vəziyyətdə olmaqla sol böyrüüstə, üzü əsasən şimal-şərq istiqamətində aşkar olunub.

Mənbə: https://goo.gl/rLi6hP

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az