Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRİ MÜBARİZ XƏLİLOVUN ALBANİYA TARİXİ BARƏDƏ ƏSƏRİ NƏŞR EDİLİB
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRİ MÜBARİZ XƏLİLOVUN ALBANİYA TARİXİ BARƏDƏ ƏSƏRİ NƏŞR EDİLİB
  21.08.2017
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı Azərbaycan, rus, ingilis dillərində çapdan çıxıb. Yeni nəşrdə tariximizin antik və ilk orta əsrlər dövrü barədə məlumat yer alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan kitabın yazılmasında əsas məqsəd Azərbaycan tarixinə dair geniş oxucu auditoriyasının bilik, məlumat dairəsini genişləndirməkdir. Elmi-populyar üslubda qələmə alınan bu əsər Albaniya dövlətinin tarix və mədəniyyətinin öyrənilməsi, ölkə vətəndaşlarının tarixi keçmişimizə dair biliklərinin artırılması, qədim dövrlərə aid abidələrimizlə tanışlıq baxımından əhəmiyyətlidir.

Mənbə: http://science.gov.az/news/open/6210

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az