Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİNİN 27-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ ANIM TƏDBİRİ KEÇİRİLMİŞDİR

  21.01.2017

19 yanvar 2017-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları iştirak edirdilər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovının təklifi ilə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində ilk çıxış edən M. Rəhimova bildirdi ki, Azərbaycan xalqının XX əsrdə milli-azadlıq hərəkatına qızıl hərflərlə yazılmış 20 Yanvar faciəsi hər il qeyd edilməkdədir. “20 Yanvar – Xalqımızın milli iradəsinin və azadlıq uğrunda şəhidliyə yüksəlmə əzmini nümayiş etdirən şanlı tarixi hadisədir. Həmin dönəmdə xalqımız bir nəfər kimi özünə münasibətdə edilən ədalətsizliyə etiraz üçün birləşmişdi. Ulu Öndərimiz Heydər Əliyev də xalqımızın təmsilçisi kimi qırğından bir gün sonra Moskvadakı Azərbaycan nümayəndəliyində keçirilmiş mətbuat konfransında Qorbaçov rejiminin mənfur ermənipərəst siyasətini ifşa etdi” – deyə M. Rəhimova öz çıxışında bildirdi. Natiq çıxışını davam edərək vurğuladı ki, 20 Yanvar şəhidlərinin həyatlarını uğrunda qurban verdikləri müstəqilliyimiz gerçəkləşmiş, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. “Şanlı Azərbaycan Ordusu 2016-cı ilin aprelin əvvəlində öz gücünü bütün dünyaya nümayiş etdirərək işğalçıya və onun havadarlarına həm hərbi, həm də mənəvi zərbə vurmuşdur” – deyə M. Rəhimova qeyd etdi.
Mövzu üzrə tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü İlyas Babayev, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, tarix üzrə elmlər doktoru Məhəbbət Paşayeva, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev və İnstitutun digər əməkdaşları 20 Yanvar faciəsi köklərinin hələ XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqazda başladığı imperialist işğallar, ermənilərin Cənubi Qafqaza köçürülməsi kimi tarixi hadisələrə dayaqlanmasından, 20 Yanvarda Azərbaycan xalqının nümayiş etdirdiyi şücaətdən bəhs etdilər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az