Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ, TARİX ÜZRƏ ELMLƏR DOKTORU NƏCƏF MÜSEYİBLİNİN “AZƏRBAYCAN ARXEOLOGİYASI: UĞURLAR, PROBLEMLƏR, PERSPEKTİVLƏR” ADLI KİTABI NƏŞR EDİLİB

  16.10.2017

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin “Azərbaycan arxeologiyası: uğurlar, problemlər, perspektivlər” adlı kitabı nəşr olunmuşdur. Kitabda N.Müseyiblinin son illər Azərbaycan arxeologiya elminin müxtəlif problemlərinə dair bir sıra qəzetlərdə və bəzi jurnallarda nəşr olunmuş elmi-publisistik məqalələri toplanmışdır. Həmin məqalələrin bəziləri ilk nəşrdən fərqli olaraq göstərilən əsərdə daha çox elmi aspektdə verilmişdir.
N.Müseyiblinin müəllifi olduğu kitabdakı məqalələrin bir qrupu tarixi-arxeoloji abidələr barədə ölkə Prezidentinin sərəncamlarının yerinə yetirilməsi ilə bağlı vəzifələrin şərhinə həsr olunmuşdur. Məqalələrdə eyni zamanda arxeoloji abidələrin tədqiqat problemləri, mühafizəsi və xilas edilməsi yolları geniş şərh edilmişdir. Azərbaycan arxeologiya elmində mühüm hadisələr, arxeologiyada elmi-təşkilati işlər, qədim tariximizin öyrənilməsində arxeologiyanın əhəmiyyəti, bu elmdə müstəsna xidmətləri olan alimlər barədə yazılar kitabda yer almışdır.
Oxucuların marağına səbəb olacaq məqamlardan biri kitabda ən aktual elmi problemlər olan Azərbaycanın erkən dövlətçilik tarixi və xalqımızın etnogenez tarixinin arxeoloji və paleoantropoloji tədqiqatlarla öyrənilməsi ətraflı təhlil edilmişdir. Əsər arxeologiya və tarix üzrə mütəxəssislərlə yanaşı, geniş oxucu auditoriyası üçün də nəzərdə tutulub.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az