Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



TARIX ÜZRƏ FƏLSƏFƏ DOKTORU FƏRHAD QULİYEV “2016-CI İLİN ALİMİ” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

  17.10.2017

Oktyabrın 16-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Elmi Ekspozisiya” şöbəsinin müdiri, Tovuz Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” mükafatına layiq görülmüşdür.
Münsiflər heyəti müsabiqədə namizədlərin bir sıra meyarlara cavab verməsini nəzərə almışdır. F.Quliyevin açıqladığına görə, onun əldə etdiyi nailiyyətlər göstərilən meyarlara cavab vermişdir. Bunlar sırasında:

1. Son 5 il ərzində beynəlxalq elmi dərgilərdə dərc edilmiş əsərlərinə ümumi istinadların sayı 93-dür.
2. Yalnız 2016 il üzrə bu göstərici 40 istinaddır.
3. Hirş indeksi elmimmetrik göstərici üzrə istinad reytinq indeksi səviyyəsi: h-index =5.
4. Researchgate, Mendeley, Academia, Linkedin və digər elektron resurslarda şəxsi səhifələrin mövcudluğu.
https://www.researchgate.net/p…/Farhad_Guliyev2/publications
https://www.mendeley.com/profiles/farhad-guliyev/
https://archaeopark.academia.edu/FarhadGuliyev
https://scholar.google.com/citations?user=yv4MKdQAAAAJ&hl=ru
5. 14 may 2016-cı il tarixində (1 il mütdətində) Yaponiyanın Tokio Universitetinin təşkilatçılığı ilə həmin universitetin Muzey ekspozisiyasında Azərbaycanda aparılan arxeoloji qazıntıların nəticələrini əks etdirən “Qafqaz neoliti” mövzusunda arxeoloji materiallardan ibarət sərgi düzənlənmiş və elmi seminar keçirilmişdir.
6. Nəşr olunan məqalələrdə yeni araşdırmaların nəticəsi əks olunmuşdur.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az