Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



GÖRKƏMLİ ALİMİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KİTAB NƏŞR EDİLİB

  09.01.2018

Tanınmış Azərbaycan arxeoloqu, AMEA-nın müxbir üzvü İdeal Həmid oğlu Nərimanovun (1927-2006) 90 illiyinə həsr olunmuş kitab nəşr olunmuşdur. “Qafqazın və Ön Asiyanın arxeologiyasının problemləri. Neolit-son tunc” (Проблемы археологии Кавказа и Передней Азии. Неолит-поздняя бронза) adlı kitabda rus və ingilis dillərində Azərbaycan və əcnəbi arxeoloqların elmi məqalələri toplanmışdır. Neolit dövrü Şomutəpə arxeoloji mədəniyyətini və son xalkolit (son eneolit) dövrü Leylatəpə mədəniyyətini kəşf etmiş görkəmli azərbaycanlı alim İ.Nərimanov Qafqazın və Ön Asiyanın məhz göstərilən dövr abidələrinin tədqiqatları ilə məşğul olmuş, bu böyük alimin Azərbaycanda arxeoloji abidələrin aşkar edilməsi, geniş qazıntıların aparılması, ümumiyyətlə respublikamızda arxeologiya elminin inkişafında müstəsna xidmətləri olmuşdur.
Kitabda Qafqazın və Ön Asiyanın arxeoloji abidələri barədə tədqiqat məqalələri ilə yanaşı İ.Nərimanovun həyat və elmi fəaliyyətinə həsr olunmuş yazılar da yer almışdır.
Kitabın ideya müəllifi və redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblidir.


The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az