Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AKADEMİK TEYMUR BÜNYADOVUN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLDİ

  07.02.2018

7 fevral tarixində AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında AMEA-nın həqiqi üzvü, görkəmli tarixçi-etnoqraf alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, Əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenli, akademik Teymur Əmiraslan oğlu Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda arxeoloji və etnoqrafik araşdırmalar” mövzusunda elmi sessiya keçirildi.
Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə açdı. Akademik A.Əlizadə son illər ərzində Azərbaycan arxeoloqlarının və etnoqraflarının dünya elminə verdiyi töhfələrdən, Respublika rəhbərliyinin Azərbaycan elminə göstərdiyi qayğıdan danışdı. Akademik qeyd etdi ki, Teymur Bünyadovun təmsil etdiyi alimlər pleyadası Azərbaycanın müstəqillik ideyasının formalaşmasında, qorunmasında müstəsna rol oynamışdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova “Böyük tarixçi-xalqşünas alim Teymur Bünyadov” mövzusunda çıxış etdi. Professor M.Rəhimova öz çıxışında akademik T.Bünyadovun həyat və yaradıcılığından, milli kadrların yetişdirilməsindəki əvəzsiz rolundan söz açdı.
Söz alan tədbir iştirakçıları yubilyarı təbrik edərək, akademik T.Bünyadova səmimi arzularını bildirirdilər.
Çıxış üçün söz alan akademik Teymur Bünyadov bu günki tədbirə qatılmış hər bir kəsə öz təşəkkürünü bildirdi. Akademik həmçinin, 2018-ci il yanvarın 18-də onun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladığına görə Dövlət Başçısı cənab İlham Əliyevə minətdarlığını ifadə etdi.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə, AMEA-nın həqiqi üzvü, Azərbaycan Tarix Muzeyinin direktoru, tarix üzrə elmlər doktoru, professor Nailə Vəlixanlı, akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Firəngiz Heydərova, AMEA Gəncə bölməsinin və Qazax rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və d. mötəbər qonaqlar iştirak edirdilər.
Sessiyanın rəsmi hissəsindən sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları elmi sessiyanın müvafiq bölmələrində elmi məruzələrlə çıxış etdilər. Məruzəçilərin tədqiqatları barədə çıxışları vizual elektron təsvirlərlə müşayət olunurdu.
Elmi sessiyanın materialları tezliklə xüsusi elmi tezislər toplusu şəklində nəşr ediləcəkdir.

Fotolar Elçin Həsənovundur





The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az