Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

  20.02.2018

Fevralın 19-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İclasın gündəliyi 6 əsas məsələdən ibarət idi.
İclasın ilk məsələsi yeni qəbul olunan t.ü.e.d. və t.ü.f.d. dissertantların dissertasiya mövzularının müzakirəsi idi. Birinci məsələ üzrə çıxış edən İnstitutun şöbə müdiri, t.ü.f.d. Səfər Aşurov bildirdi ki, t.ü.f.d. üzrə hələki qəbul imtahanları getdiyindən t.ü.e.d. adı almaq üçün yalnız doktorluq işi mövzuları müzakirə edilməlidir.
Etnoqrafiya ixtisası doktoranturaya t.ü.e.d. adı almaq üçün mövcud bir yerə bir nəfər - Axundova Leyla İlqar qızı (“Azərbaycanlıların qidalanma sisteminin etno-mədəni xüsusiyyətləri (ənənə və müasirlik)”, etnoqrafiya üzrə dissertanturaya t.ü.e.d. adı almaq üçün mövcud bir yerə Ülviyya Şahbaz qızı Hacıyeva (“Müstəqil alban apostol kilsəsi və onun xristianlıq tarixində yeri (tarixi-etnoqrafik tədqiqat)”, elmi məsləhətçi də t.ü.e.d. Fəridə Məmmədova) sənədlərini təqdim etmişlər. Hər iki namizədin təqdim etdiyi sənədlər və tədqiqat mövzuları müzakirə edilərək yekdilliklə təsdiq olundu.
Arxeologiya ixtisası doktorluq mövzusu üzrə doktoranturaya bir yerə iki namizəd sənəd təqdim etmişdir: t.ü.f.d. Tükəzban Nizami qızı Göyüşova (“Son tunc erkən dəmir dövründə Kiçik Qafqazda məskunlaşma sistemi (Gədəbəy və Daşkəsən materialları əsasında”, elmi məsləhətçi t.ü.e.d., professor Hidayət Cəfərov) və t.ü.f.d. Vüsalə Akif qızı Qasımlı (“Naxçıvanın maddi mədəniyyəti 7-13 əsrlər (arxeoloji materiallar əsasında)”, elmi məsləhətçi t.ü.e.d. Arif Məmmədov).
Aparılmış müzakirələr zamanı Tükəzban Göyüşova öz namizədliyini könüllü əsasda Vüsalə Akif qızı Qasımlının xeyirinə geri götürdü. Vüsalə Akif qızı Qasımlının doktorluq elmi adında dəyişiklik edilərək “Naxçıvan maddi mədəniyyəti 9-13 əsrlər (arxeoloji materallar əsasında” arxeologiya ixtisası üzrə doktorluq mövzusu təsdiq edildi.
Arxeologiya ixtisası dissertanturaya t.ü.e.d. adı almaq üçün mövcud bir yerə sənədlərini təqdim etmiş Gülnarə Kamal qızı Axundovanın “Kür-Araz mədəniyyətinin lokal xüsusiyyətləri” adlı mövzusu təsdiq edildi.
Dissertanturaya etnoqrafiya t.ü.f.d. üzrə ayrılmış bir yerə bir namizədin — Kazımov Bəhman Qafar oğlunun (“Gəncəbasar bölgəsinin müasir ailə-məişət münasibətləri”, elmi rəhbər Nərgiz Quliyeva) təqdim etdiyi sənədlər müzakirə edildi və namizədin mövzusu təsdiq olundu.
Arxeologya ixtisası t.ü.f.d. üzrə dissertanturaya mövcud bir yerə 2 nəfər sənədlərini təqdim etmişlər: Hüseyn Arif oğlu Məmmədzadə (“Şortəpə antik və ilk orta əsrlərdə”, elmi rəhbər Qafar Cəbiyev) və Afiq Nəsrəddin oğlu Abdullayev (“Cənub-şərqi Azərbaycan erkən tunc dövründə”, elmi rəhbər Hidayət Cəfərov). Müzakirə zamanı qərara alındı ki, Hüseyn Arif oğlu Məmmədzadənin “Şortəpə antik və ilk orta əsrlərdə” mövzusu arxeologya ixtisası üzrə fəlsəfə doktorluğu üzrə dissertanturaya namizədliyi təsdiq edilsin.
Elmi Şura iclasının ikinci məsələsi - tarix üzrə problem şurasından sonra mövzunun təsdiqi Arxeologiya və Etnoqrafiya İnstitutu dissertantı Amirşahova Sevda Hüseynağa qızının “Sumqayıt şəhərinin müasir əhalisinin məişəti” mövzusunun adına edilmiş qismən dəyişiklik barədə idi. S.H.Amirşahovanın mövzusunun adına qismən dəyişiklik edilərək “Sumqayıt şəhər əhalisinin müasir məişəti - etnoqrafik tədqiqat” kimi təsdiq edildi.
İclasda müzakirə olunan üçüncü məsələ “Etnoarxeologiya” şöbəsinin əməkdaşı Ülviyyə Rafael qızı Heydərovanın yeni elmi rəhbərinin təyin edilməsi idi. Mövzu barədə İnstitutun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. N.Müseyibli çıxış edərək ətraflı məlumat verdi. Aparılmış müzakirələrdən sonra qəbul edilmiş qərara əsasən Ülviyyə Rafael qızının Heydərovanın t.ü.f.d. adı almaq üçün “Şomutəpə mədəniyyətinin əmək alətləri” adlı mövzusu (elmi rəhbər t.ü.e.d. N.Müseyibli) təsdiq olundu.
Elmi Şuranın müzakirə etdiyi dördüncü məsələ t.ü.f.d. Ceyhun Tofiq oğlu Eminlinin t.ü.e.d. dissertanturasına daxil olarkən götürdüyü mövzunun dəyişdirilməsi ilə bağlı idi. Tədqiqatçı İnstitutun Elmi Şurasına müraciət edərək t.ü.e.d. adı almaq üçün “Cənub-şərqi Azərbaycanın dağlıq ərazilərinin antik dövr qəbir abidələri (paleodemoqrafik vəziyyət və mədəni mənsubluq)” adlı mövzunun qəbul edilməsini xahiş etmişdi. Məsələ ilə bağlı aparılmış müzakirələrdən sonra Şura üzvləri C.T.Eminlinin t.ü.e.d. adı almaq üçün “Cənub-şərqi Azərbaycanın dağlıq ərazilərinin antik dövr qəbir abidələri (paleodemoqrafik vəziyyət və mədəni mənsubluq)” adlı mövzusunu qəbul etdilər.
İclasın müzakirəsinə çıxarılmış beşinci məsələ İnstitut əməkdaşlarının çap üçün monoqrafiyaları ilə əlaqəli idi. T.ü.e.d., professor Maisə Nurbala qızı Rəhimovanın “Eneolit və tunc dövründə Azərbaycanın metallurgiyası” (rusca) , t.ü.e.d., professor Fəzail İmran oğlu Vəliyevin “Azərbaycanın milli-mənəvi və maddi dəyərləri (məqalələr toplusu)”, Güllü Yoloğlu qızı Məmmədovanın (Yoloğlu) “Türk xalqlarının mərasim sistemində Novruzun yeri (tarixi etnoqrafik tədqiqat)” və Məhəbbət Tofiq qızı Paşayevanın “Azərbaycanlıların adət və inancları” monoqrafiyaları müzakirə edildi və yekdilliklə göstərilən monoqrafiyalar çapa məsləhət bilindi.
İclasın altıncı məsələsi İnstitutun əməkdaşları t.ü.f.d. R.F.Səfərov, t.ü.f.d. A.Ə.Zeynalov və t.ü.f.d. M.M.Mustafayevin “dosent” adı almaq üçün təqdim olunan sənədlərinin müzakirəsi idi. Məsələ üzrə aparılmış müzakirələrin sonunda qərara alındı ki, t.ü.e.d. Əsədulla Cəfərov sədr olmaqla, t.ü.f.d. Təvəkkül Əliyev, t.ü.f.d. Tofiq Babayevdən ibarət say komissiyası təşkil edilərək, gizli səsvermə keçirilsin. Gizli səsvermənin nəticələrinə əsasən t.ü.f.d. R.F.Səfərov, t.ü.f.d. A.Ə.Zeynalov və t.ü.f.d. M.M.Mustafayevin “dosent” adına təqdim edilmələri barədə qərar qəbul edildi.
Sonda iclas iştirakçıları cari məsələləri müzakirə etdilər.

Fotolar Elçin Həsənovundur


The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az