Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASI NÖVBƏTİ İCLASINI KEÇİRDİ
  12.01.2018
Yanvarın 12-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İclası giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirdi ki, yanvarın 10-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamdakı mühüm müddəalardan irəli gələrək İnstitut artıq gerçəkləşdirəcəyi tədbirlər üzərində işləməkdədir. Belə ki, hələ ötən il Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli imzaladığı xüsusi Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdı. Bu kontekstdə İnstitut rəhbərliyinin AMEA Rəyasət Heyətinə verdiyi təkliflərə əsasən Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətində milli və dini münasibətlər” adlı elmi konfransın keçirilməsi, İnstitutun əməkdaşı, tarix üzrə elmlər doktoru Aydın Balayevin müəllifi olduğu “Məmməd Əmin Rəsulzadə - siyasi portret və “Türkçülüyün patriarxı Əhməd bəy Ağayev” adlı iki kitabın nəşri nəzərdə tutulmuşdur.
İnstitutun Elmi Şurasının ikinci məsələsi akademik Teymur Bünyadovun 90 illik yubileyinin keçrilməsi barədə idi. Professor M.Rəhimova bildirdi ki, hələ ötən il dekabrın 20-də Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında akademik T.Bünyadovun 90 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edilmişdi. İclas iştirakçıları görkəmli alim akademik T.Bünyadovu yubileyi münasibətilə təbrik etmiş, möhtərəm akademikin yubileyi ilə bağlı xüsusi elmi sessiyanın keçirilməsi təklifini yekdilliklə irəli sürmüşlər.
Elmi Şuranın iclas gündəliyinin üçüncü məsələsi 2018-ci ilin birinci yarısına dair təqribi iş planının müzakirəsi oldu. Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Sevil Ağamalıyeva təqribi iş planında nəzərdə tutulmuş iş siyahısı ilə iclas üzvlərini tanış etdi. İclas iştirakçıları yekdilliklə 2018-ci ilin birinci yarısına dair İnstitutun təqribi iş planının layihəsinin açıq səsvermə yolu ilə leyhinə səs verdilər.
İclasın üçüncü məsələsini “AMEA-nın xəbərləri” nəşrinin İctimai elmlər bölümündə dərc edilməsi nəzərdə tutulmuş məqalələrin müzakirəsi təşkil etdi. Müzakirədən sonra keçirilmiş açıq səsvermə nəticəsində yekdil qərarla İnstitutun “Tarixi etnoqrafiya” şöbəsinin elmi işçisi Bahar Əmənovanın “Xalq yazıçısı Əli Vəliyevin yaradıcılığında xalq oyunı və əyləncələrinin əksi” və İnstitutun “Arxeoloji texnologiya” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun “Cənubi Qafqazda erkən kurqan mədəniyyəti dövrü. Paleoekoloji şərait” adlı məqalələrinin AMEA-nın xəbərləri ictimai elmlər bölümündə dərc edilməsi barədə müsbət qərar qəbul edildi.
Elmi Şuranın iclas gündəliyinin dördüncü məsələsi dosent adı almaq üçün İnstitutun tarix üzrə fəlsəfə doktorları sırasından təqdim olunan sənədlərin müzakirəsi idi. Təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra iclasda gizli səsvermənin keçirilməsi üzrə tarix elmləri doktoru Arif Məmmədov (sədr), tarix üzrə fəlsəfə doktorları Təvəkkül Əliyev və Akif Quliyevdən ibarət Say komissiyası yaradıldı. Səsvermə keçirildikdən sonra Say komissiyasının açqıladığı səsvermənin nəticələrinə əsasən, İnstitutun əməkdaşları tarix üzrə fəlsəfə doktorları Aşurov S.H., Cəfərova E.B., Əsədli K.X., Alışov N.Ə., Əliyev T.V. dosent adı almaq üçün sənədlərinin təqdim olunması qərara alındı.
İclasın sonunda cari məsələlər müzakirə edildi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu