Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU KOLLEKTİVİNİN ÜMUMİ YIĞINCAĞI AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏDİ

  04.04.2018

4 aprel 2018-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi 11 Aprel Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ümumi yığıncağını keçirdi. Yığıncağı akademik Teymur Bünyadov giriş sözü ilə açdı.
Akademik T.Bünyadov çıxış edərək bildirdi ki, qarşıda xalqımızı Konstitusiyamızda təsbit olunmuş demokratik prinsiplərə əsasən Dövlət Başçısının seçkisi gözləyir. Televiziyada və digər KİV-lərdə namizədlərə tam demokratik və ədalətli şərait yaradılıb ki, seçicilər onların şəxsiyyətləri və təqdim etdikləri siyasi və iqtisadi platformalarla tanış olsunlar. “Şəxsən mən hesab edirəm ki, namizədlər arasında Prezidentimiz İlham Əliyevin namizədliyi dövrümüzün bütün çağırışlarına və tələblərinə cavab verir. Mən onun namizədliyinə səs verməyə ona görə çağırıram ki, çünki o, dövlətimizi qoruyacaq, tanıdacaq və onun yenidən prezident seçilməsi ilə dövlətimiz dünyada öncül yerlərdən birini tuta biləcəkdir. Ona səs verək ki, bizim Qarabağın işğalı və qaçqınlar kimi böyük bir milli dərdimiz var və bu problemi gerçək olaraq yalnız o, müdrik siyasəti ilə həll etmək iqtidarındadır”-deyə akademik T.Bünyadov vurğuladı. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli söz alaraq bildirdi ki, İlham Əliyevin prezidentliyi müddətində Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. “Böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda Azərbaycanı dünya meydanında öz sözünü deyən dövlətlər sırasına çıxarmaq böyük siyasi məharət tələb edir. Buna da İlham Əliyev nail ola bilmişdir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin başladığı bu işlər İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlətimizin iqtisadiyyatı dünyanın inkişaf etmiş iqtisadiyyatları sırasındadır. Bildiyimiz kimi güclü iqtisadiyyatı olan ölkənin güclü ordusu da olacaqdır. Ali Baş Komandan kimi İlham Əliyev Ordumuzu da regionun lider ordusuna çevirmişdir. Məlum aprel döyüşləri də göstərdi ki, İlham Əliyevin komandanlığ altında ordumuz işğal edilmiş əzəli torpaqlarmızı azad etmək iqtidarındadır. Xarici siyasət sahəsində də uğurlarımız göz qarşısındadır. Bu gün dünyada elə bir yüksək beynəlxalq tribuna yoxdur ki, oradan Azərbaycanın səsi eşidilməsin, elə bir beynəlxalq güc yoxdur ki, milli maraqlarımızla hesablaşmasın. Elmə və təhsilə bu qədər diqqət ayıran ikinci bir dövlət xadimini müasirlikdə mən tanımıram. Elmin inkişafı ilə bağlı Preizdentimizin onlarla sərəncamı vardır ki, onlar sırasında bir neçəsi birbaşa bizim İnstitutumuzun elmi tədqiqatlarınn inkişafı ilə bağlıdır. Mən KİV-lərdə prezidentliyə namizədlərin çıxışlarını izlədikcə belə bir fikirdə mövqeyimi daha da qətiləşdirirəm ki, İlham Əliyevin namizədliyinə alternativ yoxdur”-deyə N.Müseyibli çıxışına yekun vurdu. Tarix elmləri doktoru, professor Hidayət Cəfərov isə, çıxışında qeyd etdi ki, İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məktəbinin yetirməsidir. “Burada onun siyasi keyfiyyətləri barədə söz açdılar, sərbəst ingilis dilində dünyanın aparıcı dövlətlərinin başçıları və siyasi dairələri ilə danışıqlar aparması, nitq söyləməsi İlham Əliyevin yüksək şəxsi keyfiyyətlərindən xəbər verir. Digər tərəfdən, onun insanpərvərliyinin göstəricisi — dəfələrlə cəmiyyətə, hətta öz Dövlətinə qarşı cinayət törətmiş, amma günahını etiraf etmiş vətəndaşları əfv etməsidir. Dünyada qlobal güc yerdəyişmələri baş verir. Bu cür təlatümlü dövrdə məhz onun Azərbaycan Respublikası Prezidenti olması — bu təlatümlərdən qurtulmağımıza zəmanətdir” -deyə professor H.Cəfərov qeyd etdi.
Tarix elmləri doktoru, professor Nərgiz Quliyeva, İnstitutun ümumi işlər üzrə direktor müavini Malik Əliyev, Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, şöbə müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov öz çıxışlarında İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın iqtisadiyyat, elm, təhsil, hərbi, sosial sahələrdə əldə etdiyi uğurlardan söz açmış, yığıncaq iştirakçılarını prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsinin dövrümüzün, Dövlət və Milli maraqlarımızın tələbi olduğunu bildirmişlər .
Sonda akademik T.Bünyadov bir daha İnstitut kollektivini İlham Əliyevə səs verməyə çağırdı və bildirdi ki, İlham Əliyevin növbəti müddətə Respublikaımızın Prezidenti seçilməsi Xalqımız və Dövlətimiz üçün sabitlik, inkişaf, rifah və bədxahlarımız üzərində qələbəmiz deməkdir.