Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

  19.04.2018

Aprelin 18-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İclası açaraq İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Şura üzvlərinə təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirilməsini təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şura iclasının birinci məsələsi İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Təranə Quluzadənin böyük elmi işçi keçirilməsi barədə idi. Məsələ ilə bağlı fikir və irad olmadığından Elmi Şura gizli səsvermənin keçirilməsi barədə qərar qəbul etdi.
Elmi Şura iclasının gündəliyində duran ikinci məsələ — hazır işlərin çap üçün müzakirəsi idi. Gündəlikdə t.ü.f.d. T.N.Göyüşovanın “Azərbaycanın tunc kəmərləri (son tunc-erkən dəmir dövrü)” əsərinin müzakirəsi olduğunu bildirən professor M.Rəhimova qeyd etdi ki, əsər t.ü.f.d. T.N.Göyüşovanın dissertasiya mövzusu idi. M.Rəhimova Şura üzvlərini məlumatlandırdı ki, əsərə t.ü.f.d. Təvəkkül Əliyev və t.ü.f.d. Şamil Nəcəfov müsbət rəy vermişlər. Təklif olundu ki, əsər çapa məsləhət görülsün və monoqrafiyanın elmi redaktorları t.ü.e.d. Hidayət Cəfərov və t.ü.f.d. Qoşqar Qoşqarlı təyin olunsunlar. Təklif açıq səsverməyə qoyuldu. Elmi Şura üzvləri yekdilliklə irəli sürülmüş təklifin lehinə səs verdilər.
Elmi Şura iclasının gündəliyində üçüncü məsələ — dosent elmi adı almaq üçün Məryəm Orucovanın, T.Şahbazovun, G.Axundovanın, A.Ələkbərovun, Ə. Əliyevin, T.Babayevin, X.Xəlillinin, Q.Qoşqarlının, K.Əliyevanın təqdim etdiyi sənədlərin müzakirəsi idi. İclasın sədri professor M.Rəhimova iclas iştirakçılarını dosent elmi adı almaq üçün namizədlərin sənədləri ilə tanış etdi. Təklif olundu ki, Təranə Quluzadənin böyük elmi işçi keçirilməsi və sənədləri dosent elmi adı almaq üçün təqdim edilmiş İnstitutun sadalanmış əməkdaşlarının namizədlikləri gizli səsverməyə buraxılsın. Təklif yekdilliklə qəbul olundu. Qərara alındı ki, gizli səsvermə üçün t.ü.e.d. Əsədulla Cəfərov (sədr), t.ü.f.d. Fərhad Quliyev və t.ü.f.d. Emil Kərimovdan ibarət say komissiyası seçildi.
Elmi Şura üzvləri gizli səsvermədə iştirak etdilər. Say komissiyası işini bitirdikdən sonra Elmi Şura iclasının sədri professor M.Rəhimova səsvermənin nəticələrini açıqlamaq üçün sözü Say komissiyasının sədri t.ü.e.d. Əsədulla Cəfərova verdi. Say komissiyasının sədri t.ü.e.d. Əsədulla Cəfərov yekunda 18 aprel 2018-ci il tarixli gizli səsvermənin 6 saylı protokoluna əsasən məsələ üzrə səsvermə nəticələrini açıqladı:
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 26 üzvündən 22 nəfər iclasda iştirak edib. Səsvermə nəticəsində:
1) böyük elmi işçi keçirilməsi üçün Quluzadə Təranə Nəsimi qızının namizədliyinə 22 nəfər lehinə,
2) dosent elmi adı alması üçün Şahbazov Tahir Seyidəli oğlunun namizədliyinə — 22 nəfər lehinə, Əliyev Əsəd Tanrıverdi oğlunun namizədliyinə — 22 nəfər lehinə, Babayev Tofiq Ağababa oğlunun namizədliyinə — 22 nəfər lehinə, Axundova Gülnarə Kamal qızının namizədliyinə — 22 nəfər lehinə, Ələkbərov Abuzər İbrahim oğlunun namizədliyinə — 22 nəfər lehinə, Orucova Məryəm Rəsul qızının namizədliyinə — 22 nəfər lehinə, Qoşqarlı Qoşqar Oruc oğlunun namizədliyinə — 22 nəfər lehinə, Əliyeva Kəmalə Gülağa qızının namizədliyinə — 22 nəfər lehinə, Xəlilli Xaliyyəddin Dəsgiralı oğlunun namizədliyinə — 22 nəfər lehinə səs vermişlər.
Səsvermənin nəticələri açıqlandıqdan sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası bir sıra cari məsələləri müzakirə etdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az