Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİ SƏLAHİYYƏTLƏRİNİ İCRA EDƏN ƏBÜLFƏS QARAYEV ARXEOLOQ QƏHRƏMAN AĞAYEVƏ “MİLLİ İRS” MÜKAFATINI TƏQDİM ETDİ

  19.04.2018

Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi keçirildi.
Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və mədəni irs” adlı fotosərgi ilə tanış oldular.
Sonra ölkəmizdə abidələr və tarixi yerlərin mühafizəsi ilə bağlı maarifləndirici videoçarx nümayiş olundu.
Mərasimdə çıxış edən Mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev bildirdi ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür. Qeyd olundu ki, Beynəlxalq abidələr və tarixi yerlər günü hər il ölkəmizdə geniş şəkildə qeyd olunur, paytaxtda və bölgələrdə müxtəlif tədbirlər təşkil edilir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərdə 18 aprel tarixində “açıq qapı” günü elan olunur.
Nazir vurğuladı ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizin daxilində və xaricində böyük işlər həyata keçirirlər.
Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Təkcə onu qeyd etmək yerinə düşər ki, bu il martın 25-də Prezident İlham Əliyev Bərdə rayonun əsaslı şəkildə bərpa olunan “Allah-Allah” türbəsi və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub. Martın 26-da isə Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”ın təmir-bərpadan sonra açılışı reallaşıb.
Əbülfəs Qarayev çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik etdi, uğurlar arzuladı.
Mərasimdə mədəni irsin və tarixi abidələrin əhəmiyyəti barədə çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova qeyd edib ki, tarixi abidələrin mühafizəsinə diqqət göstərmək hər bir vətəndaşın borcudur.
Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” bu sahə üzrə fərqlənmiş tədqiqatçılara təqdim olunub. Azərbaycan mədəni irs abidələrinin, Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə elmləri doktoru Qəhrəman Ağayev “Milli irs” mükafatına layiq görülüb.
Həmçinin, qeyd edək ki, Mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi tərəfindən hazırlanmış və Moskvada Rusiyanın “Nauka” elmi nəşriyyatı tərəfindən nəşr edilmiş çoxcildli “Xalqlar və mədəniyyətlər” etnoloji külliyyatının “Azərbaycanlılar” adlı cildi ilə tanış olmuş, əsərin Azərbaycanın mənəvi və maddi irsinin tanıdılması işində mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az