Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI

  27.04.2018

Aprelin 27-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərinə təqdim edilmiş iclasın gündəliyinə münasibətlərini bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şura iclasının birinci məsələsi Şuranın tərkibi barədə idi. Professor Maisə Rəhimova bildirdi ki, Antik dövr arxeologiyasının rəhbəri olmuş AMEA-nın müxbir üzvü İlsyas Babayevin vəfatı ilə əlaqədar qeyd olunan şöbəyə t.ü.f.d. Zaur Həsənov başçılıq edir. Digər tərəfdən, artıq iki ildir ki, İnstitutda İctimaiyyətlə Əlaqələr şöbəsi fəaliyyət göstərməkdədir. Şöbənin rəhbəri Pərviz Qasımovdur. Professor M.Rəhimova hər iki şöbə və onların rəhbərləri barədə məlumat verdi. İnstitutun direktoru bildirmişdir ki, mövcud vəziyyəti nəzərə alaraq hər iki əməkdaşın İnstitutun Elmi Şurasına üzv daxil edilməsi barədə təklif var və Elmi Şuraya hər iki əməkdaşın üzv daxil edilməsi barədə təklifə münasibət bildirilməlidir. İclas iştirakçıları hər Elmi Şuraya üzv daxil edilməsi üçün iki əməkdaşın namizədliyinin gizli səsverməyə çıxarılmasını yekdilliklə qəbul etdilər.
Elmi Şura iclasının gündəliyində duran ikinci məsələ — professor elmi adını almaq üçün sənədlərin müzakirəsi idi. Professor M.Rəhimova professor elmi adı almaq üçün Şuranın müzakirəsinə t.ü.e.d. Ə.Q.Cəfərovun namizədliyinin çıxarılmasını bildirdi. Professor M.Rəhimova arxeologiya elmi sahəsində t.ü.e.d. Ə.Q.Cəfərovun fəaliyyəti və uğurlarından söz açdı. Daha sonra t.ü.e.d. Əsədulla Cəfərov Elmi Şura üzvlərini müvafiq sənədlərlə tanış etdi və Şura üzvlərinin suallarına cavab verdi. Elmi Şura üzvləri professor elmi adını almaq üçün t.ü.e.d. Ə.Q.Cəfərovun namizədliyinin gizli səsverməyə çıxarılması barədə qərar qəbul etdilər.
Elmi Şura iclasının gündəliyində üçüncü məsələ — dosent elmi adı almaq üçün T.R.Əliyev, P.Ə.Ahənçi, N.Ə.Müseyibli, B.İ.İbrahimli, S.M.Ağamalıyeva, F.M. Muradova, G.Y.Məmmədli, Ə.H.Bədəlov, H.Ə.Zahidova, N.H.Quliyeva, D.A.Kiriçenko, T.N.Göyüşova, X.İ.Alməmmədov, S.S.Məhərrəmovanın sənədlərinin müzakirəsi idi. İclasın sədri professor M.Rəhimova iclas iştirakçılarını dosent elmi adı almaq üçün namizədlərin sənədləri ilə tanış etdi. Namizədlərin sənədləri müzakirə edildikdən sonra qərara alındı ki, dosent elmi adı almaq üçün sənədləri müzakirəyə çıxarılmış namzədlərin siyahısı gizli səsverməyə təqdim edilsin. Elmi Şura üzvləri göstərilən məsələlər üzrə gizli səsvermə keçirilməsi üçün Say komissiyasını seçdilər. T.ü.e.d. Qüdrət İsmayılzadə sədr olmaqla, t.ü.f.d. Bəxtiyar Cəlilov və t.ü.f.d. Abuzər Ələkbərov Say komissiyasının tərkibi formalaşdırılıdı.
Elmi Şura üzvləri gizli səsvermədə iştirak etdilər. Say komissiyası işini bitirdikdən sonra Elmi Şura iclasının sədri professor M.Rəhimova səsvermənin nəticələrini açıqlamaq üçün sözü Say komissiyasının sədri t.ü.e.d. Qudrət İsmayılzadəyə verdi.
Say komissiyasının sədri t.ü.e.d. Qudrət İsmayılzadə 27 aprel 2018-ci il tarixli gizli səsvermənin 7 saylı protokoluna əsasən məsələ üzrə səsvermə nəticələrini açıqladı:
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 26 üzvündən 18 üzvünün iştirakı ilə keçirilmiş 27 aprel 2018-ci il tarixli iclasındakı səsvermənin nəticələrinə əsasən,
1-ci məsələ, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının tərkibinə aşağıdakə namizədlərin daxil edilməsi üzrə: t.ü.f.d. Zaur Həsənov (leyhinə -18, əleyhinə - 0, bitərəf- 0), Pərviz Qasımov (leyhinə -18, əleyhinə - 0, bitərəf- 0).
2-ci məsələ, professor elmi adını almaq üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri t.ü.e.d. Əsədulla Cəfərovun namizədliyi üzrə: leyhinə -18, əleyhinə - 0, bitərəf- 0.
3-cü məsələ, dosent elmi adı almaq üçün T.R.Əliyev, P.Ə.Ahənçi, N.Ə.Müseyibli, B.İ.İbrahimli, S.M.Ağamalıyeva, F.M. Muradova, G.Y.Məmmədli, Ə.H.Bədəlov, H.Ə.Zahidova, N.H.Quliyeva, D.A.Kiriçenko, T.N.Göyüşova, X.İ.Alməmmədov, S.S.Məhərrəmovanın namizədlikləri üzrə: T.R.Əliyev (leyhinə -18, əleyhinə -0, bitərəf- 0), P.Ə.Ahənçi (leyhinə -18, əleyhinə -0, bitərəf-0), N.Ə.Müseyibli (leyhinə -18, əleyhinə -0, bitərəf-0), B.İ.İbrahimli(leyhinə -18, əleyhinə -0, bitərəf-0), S.M.Ağamalıyeva (leyhinə -18, əleyhinə -0, bitərəf-0), F.M. Muradova (leyhinə -18, əleyhinə -0, bitərəf-0), G.Y.Məmmədli (leyhinə -18, əleyhinə -0, bitərəf-0), Ə.H.Bədəlov, H.Ə.Zahidova, N.H.Quliyeva, D.A.Kiriçenko (leyhinə -18, əleyhinə -0, bitərəf-0), T.N.Göyüşova (leyhinə -18, əleyhinə -0, bitərəf-0), X.İ.Alməmmədov (leyhinə -18, əleyhinə -0, bitərəf-0), S.S.Məhərrəmova (leyhinə -18, əleyhinə -0, bitərəf-0).
Say komissiyasının protokol üzrə nəticələri açıqlandıqdan sonra Elmi Şura cari məsələləri müzakirə etdi. Cari məsələlər sırasında AMEA Rəyasət Heyətinin 18 aprel 2018-ci il tarixli 9/3 saylı “AMEA-nın beynəlxalq elmi bazalarda bibliometrik göstəricilərinin təhlilinin nəticələri haqqında” Qərarı müzakirə edildi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az