Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ ANIM TƏDBİRİ KEÇİRİLİB

  19.01.2018

19 yanvar tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.
Anım tədbirini AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova açaraq tədbir iştirakçılarına bir dəqiqəlik sükutla 20 Yanvar şəhidlərinin xatirəsini yad etməyi təklif etdi. Toplantı iştirakçıları bir dəqiqəlik sükutla 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər.
Daha sonra professor M.Rəhimova çıxışında 20 Yanvar hadisələri barədə ətraflı məlumat verərək bildirdi ki, 1990-cı il yanvarın 20-si işğalçı sovet ordusu Bakıda və Azərbaycanın digər bölgələrind xalqımıza qarşı misli görünməmiş cinayət törətdi. “O dövrdə Ulu Öndər Heydər Əliyev imperiyanın paytaxtında mətbuat konfransı keçirərək Azərbaycanda Qorbaçov rejiminin dinc əhaliyə divan tutulmasına dünyanın mütərəqqi qüvvələrinin etiraz səsini ucaltmasını tələb etdi və bununla da sovet rejiminin törətdiyi cinayə ətrafında yaradılmış informasiya blokadasını yardı. Vətəninə dönmüş Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul etdi. O zamandan etibarən bu günümüzədək Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də 20 Yanvar hadisələrində şəhid olmuş vətəndaşlarımızın xatirəsinin daim yad edilməsi istiqamətində tədbirlərin keçirilməsinə diqqət göstərməkdədir. Bu müdrik siyasətin nəticəsində artıq dünyanın bir çox ölkələrinin mütərəqqi toplumu 20 Yanvar həqiqətləri barədə məlumatlanmış, Azərbaycan xalqının azadlıq uğrunda qurban verməkdən çəkinməyən mübariz bir xalq kimi tanımışlar” - deyə professor M.Rəhimova bildirdi.
İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov 20 Yanvarda sovet rejimi tərəfindən törədilmiş cinayətə gedən tarixi yoldan söz açmış, 20 Yanvarın nəinki faciə kimi, eyni zamanda Azərbaycan xalqının azadlıq uğrunda şanlı mübarizə tarixinə parlaq bir səhifələrdən biri olduğunu vurğuladı.
İnstitutun şöbə müdiri tarix elmləri doktoru Əsədulla Cəfərov 20 Yanvar hadisələri zamanı SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçovun törətdiyi cinayətin nəinki dünya, həmçinin, keçmiş SSRİ-nin bir sıra qanunlarını bariz pozması məsələsinə toxundu. Natiq tezliklə Qorbaçov barədə toplanmış materialların Beynəlxalq Məhkəməyə veriləcəyinə öz ümidini bildirdi.
Tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev 20 Ynavarda baş vermiş qırğının tarixi paralelləri mövzusuna işıq salaraq, faciəni XX əsrin 1917-1920-ci illərdə çar Rusiya imperiyasının dağılması dövründə Azərbaycanda törədilmiş soyqırımlarla oxşarlığından söz açdı.
İnstitutun ümumi işlər üzrə direktor müavini Malik Əliyev çıxışnda bildirdi ki, SSRİ dönəmində vaxtilə Qarabağın və Naxçıvanın Ermənistana verilməsi məsələləri qaldırılırdı. Amma o zaman sovet Azərbaycanının başında duran partiya rəhbərlərinin prinsipial mövqeyi və iradəsi bu məkrli planların reallaşmasının qarşısını alırdı. Natiq təəssüflə qeyd etdi, 1987-cı ildən 1991-ci ilədək, yəni SSRİ tarix səhnəsindən silinənədək sovet Azərbaycanının rəhbərliyində iradəsiz və prinsipial mövqeyi olmayan başçıların zəifliyi səbəbindən bu dramatik hadisələr baş verdi.
Tarix üzrə elmlər doktoru Solmaz Məhərrəmova isə, baş vermiş hadisələrdə nəinki Azərbaycan xalqına qarşı xarici, həmçinin, bəzi daxili qüvvələrin fəaliyyət göstərdiyini də bildirdi. Natiq xalqımız əleyhinə olan qüvvələrin törətdiyi cinayətlərə baxmayaraq Azərbaycan tarixində əbədi olaraq yalnız 20 Yanvar şahidlərinin xoş xatirəsinin yaşayacağını vurğuladı.
Tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev xüsusi olaraq qeyd etdi ki, sovet dönəmində vətənsevər və iradəli partiya işçiləri ilə yanaşı görkəmli ziyalılarımız da erməni təxribatlarına qarşı səslərini ucaltmışlar. T.Babayev bu yerdə tələbə olarkən 1960-cı il mart ayının 29-da ADU-da professor Abbas Zamanovun alovlu çıxışının şəxsən şahidi olduğunu bildirdi və bu cür insanların hesabına Azərbaycanın erməni qəsbkarlığına qarşı müqavimət göstərə bildiyini xüsusi olaraq qeyd etdi.
İclasın sonunda iştirakçılar bir daha 20 Yanvar şəhidlərinin ruhunu yad etdilər. Anım tədbirinə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları qatılmışdılar.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az