Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI

  04.06.2018

İyunun 1-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərinə təqdim edilmiş iclasın gündəliyinə münasibətlərini bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadı. Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Doktorant S.C.Aslanovun “Bərdə şəhər əhalisinin məişət və mədəniyyəti (XIX-XX əsrlərdə)” adlı dissertasiyasının elmi rəhbərliyi tərkibinin artırılması - Elmi Şura iclasının birinci məsələsini təşkil etmişdir. Professor Maisə Rəhimova bildirdi ki, doktorant S.C.Aslanovun elmi rəhbəri t.ü.f.d. Emil Kərimovdur. T.ü.f.d. Emil Kərimov doktorant S.C.Aslanov və onun elmi işi barədə məlumat verdi. Daha sönra o bildirdi ki, mövcud tələblərə uyğun elmi işin rəhbəri t.ü.e.d. və ya iki elmi rəhbərdən biri t.ü.f.d., digəri isə, t.ü.e.d. olmalıdır. Beləliklə, doktorant S.C.Aslanovun elmi işinə t.ü.e.d. olan ikinci elmi rəhbər tələbi ortaya çıxmışdır. İclasın sədri professor M.Rəhimova təklif etdi ki, göstərilən elmi işə etnoqrafiya ixtisası üzrə elmlər doktoru adına malik ikinci elmi rəhbər üçün Şura üzvləri namizədləri irəli sürsünlər. T.ü.e.d. Solmaz Məhərrəmova göstərilən elmi işin ikinci elmi rəhbəri olmasına namizəd irəli sürüldü. Səsvermə nəticəsində yekdilliklə, doktorant S.C.Aslanovun “Bərdə şəhər əhalisinin məişət və mədəniyyəti (XIX-XX əsrlərdə)” adlı dissertasiyasının elmi rəhbərliyinə t.ü.f.d. E.Kərimovla birgə t.ü.f.d. S.Məhərrəmova da təyin olundu.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — hazır elmi işlərin (A.M.Ağalarzadə “Leylatəpə arxeoloji mədəniyyətinin keramikası”, T.A. Babayev Nar ağacı, nar çiçəyi...”) çap üçün müzakirəsi idi. Tədqiqat əsərləri barədə məlumatlar Elmi Şura üzvlərinin diqqətinə çatdırıldı. Qeyd edildi ki, t.ü.f.d. A.M.Ağalarzadə “Leylatəpə arxeoloji mədəniyyətinin keramikası” əsərinə t.ü.e.d. Qudrət İsmayılzadə, t.ü.f.d. Namiq Əliyev müsbət rəy vermişlər. Müzakirə nəticəsində yekdil qərarla hər iki elmi işlər çapa məsləhət görüldü.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — tarix üzrə elmlər doktorluğu iddialı dissertasiya mövzusunun (t.ü.f.d., ap.e.i. V.Ə.Mahmudova) adının dəyişdirilməsi barədə idi. İclasın sədri professor M.Rəhimova bildirdi ki, t.ü.f.d., ap.e.i. V.Ə.Mahmudovanın t.ü.e.d. adına iddialı dissertasiya (“Azərbaycanın Yaxın Şərq ilə neolit dövrü paralelləri”, elmi məsləhətçi t.ü.e.d. T.Axundov) işinin adının dəqiqləşdirilməsi tələbi ortaya çıxmışdır. İclasda iştirak edən t.ü.f.d., ap.e.i. V.Ə.Mahmudova və tədqiqatın elmi məsləhətçisi t.ü.e.d. T.Axundov tədqiqatda ortaya çıxmış yeni nəticələrə uyğun adı dəyişdirilməsi problemi barədə məlumat verdilər. Elmi Şura üzvləri t.ü.e.d. N.Müseyibli və t.ü.e.d. Ə.Cəfərov elmi tədqiqat işinin planında da dəqiqləşdirməyə ehtiyac olduğunu bildirdilər. T.ü.e.d. N.Müseyibli qeyd etdi ki, təklif ediləcək dəqiqləşdirilmiş versiyalarda tədqiqat işinin adında dövrün adı və xronologiyası göstərilməlidir. Elmi Şura üzvü t.ü.f.d. F.Quliyev tədqiqat işinin “Azərbaycanın erkən əkinçilik mədəniyyətləri və onların Yaxın Şərq paralelləri” adlanmasını təklif etdi. İrəli sürlümüş təklif yekdilliklə qəbul edildi.
Elmi Şura iclasının gündəliyində dördüncü məsələ — dosent elmi adı almaq üçün Ş.N.Nəcəfov, V.Ə.Mahmudova, T.T.Hüseynova, M.İ.Əliyeva, C.Ə.Novruzov, V.A.Əsədov, Q.H.Ağayev, R.Y.Bəşirov, M.M.Mənsurov, Ə.H.Babayev, Ş.V.Həsənovun sənədlərinin müzakirəsi idi. İclasın sədri professor M.Rəhimova iclas iştirakçılarını dosent elmi adı almaq üçün namizədlərin sənədləri ilə tanış etdi. Namizədlərin sənədləri müzakirə edildikdən sonra qərara alındı ki, dosent elmi adı almaq üçün sənədləri müzakirəyə çıxarılmış namizədlərin siyahısı gizli səsverməyə təqdim edilsin. Elmi Şura üzvləri göstərilən məsələlər üzrə gizli səsvermə keçirilməsi üçün Say komissiyasını seçdilər. T.ü.e.d. Arif Məmmədov sədr olmaqla, t.ü.f.d. Bəhlul İbrahimli və t.ü.f.d. Ceyhun Eminlidən ibarət Say komissiyasının tərkibi formalaşdırılıdı.
Elmi Şura üzvləri gizli səsvermədə iştirak etdilər. Say komissiyası işini bitirdikdən sonra Elmi Şura iclasının sədri professor M.Rəhimova səsvermənin nəticələrini açıqlamaq üçün sözü Say komissiyasının sədri t.ü.e.d. Arif Məmmədova verdi.
Say komissiyasının sədri t.ü.e.d. Arif Məmmədov 01 iyun 2018-ci il tarixli gizli səsvermənin 8 saylı protokoluna əsasən məsələ üzrə səsvermə nəticələrini açıqladı:
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 27 üzvündən 19 üzvünün iştirakı ilə keçirilmiş 01 iyun 2018-ci il tarixli iclasındakı səsverməyə əsasən,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş 11 elmi əməkdaşın (Ş.N.Nəcəfov, V.Ə.Mahmudova, T.T.Hüseynova, M.İ.Əliyeva, C.Ə.Novruzov, V.A.Əsədov, Q.H.Ağayev, R.Y.Bəşirov, M.M.Mənsurov, Ə.H.Babayev, Ş.V.Həsənov) namizədlikləri üzrə səslər aşaşğıdakı kimi olmuşdur: Ş.N.Nəcəfov (leyhinə -19, əleyhinə -0, bitərəf- 0), V.Ə.Mahmudova (leyhinə -19, əleyhinə -0, bitərəf-0), T.T.Hüseynova (leyhinə -19, əleyhinə -0, bitərəf-0), M.İ.Əliyeva (leyhinə -19, əleyhinə -0, bitərəf-0), C.Ə.Novruzov (leyhinə -19, əleyhinə -0, bitərəf-0), V.A.Əsədov (leyhinə -19, əleyhinə -0, bitərəf-0), Q.H.Ağayev (leyhinə -19, əleyhinə -0, bitərəf-0), R.Y.Bəşirov (leyhinə -19, əleyhinə -0, bitərəf-0), M.M.Mənsurov (leyhinə -19, əleyhinə -0, bitərəf-0), Ə.H.Babayev (leyhinə -19, əleyhinə -0, bitərəf-0), Ş.V.Həsənovun (leyhinə -19, əleyhinə -0, bitərəf-0).
Beləliklə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş 11 elmi əməkdaşın namizədlikləri yekdilliklə müsbət səs almışdır.
Say komissiyasının protokol üzrə nəticələri açıqlandıqdan sonra Elmi Şura cari məsələləri müzakirə etdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az