Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANIN İLK ARXEOLOJİ MUZEYİNDƏ ELMİ TƏDQİQATLAR DA APARILACAQ

  03.09.2018

Məlum olduğu kimi, 26 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər.
Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, muzey binasının inşasına bu ilin fevralında başlanılıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb.
Muzey iki ekspozisiya zalından ibarətdir. Birinci zalda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının 2016-2018-ci illərdə Dəmirçi nekropolunda apardığı tədqiqatlar zamanı aşkar edilmiş son antik və ilk orta əsrlər dövrünə aid daş qutu və küp qəbirlərdən ibarət ekspozisiya sərgilənir. İkinci zalda isə, ziyarətçilərin diqqətinə Şamaxı və ətraf ərazilərdən aşkar edilmiş, qədim dövrlərdən orta əsrlərin sonunadək olan dövrlərə aid maddi-mədəniyyət nümunələri təqdim edilir.
Muzeyin ekspozisiyasının təşkil olunmasında iştirak etmiş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Numizmatika və Epiqrafika” şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin sözlərinə görə, Dəmirçi arxeoloji muzeyi müasir dünya tələblərinə uyğun olaraq inşa edilmişdir. Azərbaycanda ilk arxeoloji muzey olan Dəmirçi arxeoloji muzeyinin nəzdində arxeoloji fond, kameral elmi təqiqatlar və bərpa işləri üçün nəzərdə tutulmuş xüsusi otaqlar vardır.
Tarix üzrə fəlsəfə doktoru Akif Quliyev həmçinin bildirmişdir ki, Dəmirçi arxeoloji muzeyinin ekspozisiyası yaxın zamanda yeni arxeoloji materiallarla zənginləşəçəkdir.




AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99450)4263862, (+99455)6590495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az