Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“AZƏRBAYCANDA AZIX MAĞARASI VƏ MİQRASİYA AXINLARI” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR

  20.09.2018 Something0

Oktyabrın 1–dən 5-dək Qəbələdə Azıx mağarasından 1968-ci ildə qədim insanın çənəsinin aşkar edilməsinin 50 illiyinə həsr edilmiş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Beynəlxalq elmi konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.
Konfransa İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə iyirmiyədək tanınmış mütəxəssislər qatılacaqdır. Konfransın açılışı oktyabrın 1-də AMEA-nın əsas binasının (Bakı ş., H.Cavid pr. 115) konfrans zalında olacaq, beynəlxalq elmi tədbir oktyabrın 5-dək Qəbələ şəhərində işini davam etdirəcəkdir.
Konfrans müddəti ərzində iştirakçıların Azıx mağarasında qədim insan çənəsinin kəşfinin elmi əhəmiyyəti, paleolit dövründə Afrika və Avrasiyada qədim insanların miqrasiya prosesləri, müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların yeni nəticələri və d. aidiyyatı mövzular üzrə elmi çıxışları, plenar iclaslarda çıxışlar ətrafında müzakirələri olacaqdır. Həmçinin, konfrans iştirakçıları Qəbələ rayonu ərazisində aparılan arxeoloji tədqiqatlarla tanış olacaq, Mingəçevir rayonu ərazisindəki Qaraca paleolit düşərgəsini ziyarət edəcəklər.