Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA İŞƏ DAVAMİYYƏT MƏSƏLƏSİLƏ BAĞLI ÜMUMİ İCLAS KEÇİRİLDİ

  16.10.2018

Oktyabrın 15-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu kollektivinin ümumi iclası keçirildi. İclası açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirdi ki, İnstitut rəhbərliyi müəssisədə işə davamiyyət məsələsini daim diqqətdə saxlamaqdadır. Akademiyanın xüsusi komissiyası İnstitut rəhbərliyinə elektron turniket qeydiyyatının monitorinqi barədə məlumatları təqdim etmişdir. İnstitut rəhbərliyi də monitorinqin nəticələrinə uyğun olaraq müvafiq qərarlar vermişdir.
İnstitutun ümumi işlər üzrə direktor müavini Malik Əliyev elektron turniket qeydiyyatının nəticələri ilə iclas iştirakçılarını tanış etdi. Mövzu üzrə akademik Teymur Bünyadov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli, İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, İnstitutun Kadrlar şöbəsinin müdiri Gülüstan İsayeva və İnstitutun digər əməkdaşları öz fikirlərini bildirdilər.