Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTDA 2018-Cİ İL ÜÇÜN FƏRDİ PLANLARIN İCRASI VƏ MÜQAVİLƏLƏR YOXLANILDI

  12.11.2018

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 2018-ci il üçün fərdi planların və müqavilələrin yoxlanılması aparılmışdır. Şöbələr və şöbə əməkdaşları tərəfindən təqdim edilən 2018-ci il üçün fərdi planların icrasının və müqavilələrin yoxlanılması üçün yaradılmış AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli sədr olmaqla İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru (t.ü.f.d) Sevil Ağamalıyevadan, aparıcı elmi işçi, t.ü.f.d. Təvəkkül Əliyevdən, aparıcı elmi işçi, t.ü.f.d. Bəhmən Əliyevdən, böyük elmi işçi, t.ü.f.d. Təranə Quluzadədən ibarət komissiya işini davam etdirməkdədir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova tərəfindən təsdiq edilmiş qrafikə əsasən İnstitutun şöbələri 2,5,7 və 12 noyabr tarixlərində komissiyaya elmi fəaliyyətləri barədə hesabatları, əməkdaşların fərdi planlarını və müqavilələri təqdim etmişlər.