Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

  27.11.2018

2018-ci il 26 noyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq “İlk orta əsrlər arxeologiyası” şöbəsinin elmi işçisi Elmira Abbasova “Şirvan orta əsrlərdə (Hacıqabul, Kürdəmir, Salyan rayonları və Şirvan şəhəri arxeoloji materiallar əsasında)” monoqrafiyası oldu. Əsərin elmi rəyçiləri t.ü.e.d. Q.C.Cəbiyev və t.ü.f.d. Təvəkkül Əliyev, elmi redaktoru t.ü.e.d., professor A.Məmmədovdur. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış ikinci hazır iş — t.ü.f.d. Ramil Rüstəmovun “III-XIV əsrlərdə Azərbaycanın Muğan bölgəsinin arxeoloji abidələri (İmişli materiallar əsasında)” monoqrafiyası idi. Əsərin elmi rəyçiləri t.ü.e.d. Vəli Əliyev, t.ü.f.d. S.Bayramov, t.ü.f.d. T.Əliyev, əsərin elmi redaktoru t.ü.e.d., professor A.Məmmədovdur. Məsələ barədə aparılmış müzakirələr (t.ü.e.d. M.Rəhimova, t.ü.e.d. Ə.Cəfərov, t.ü.f.d. S.Aşurov, t.ü.f.d. S.Ağamalıyeva, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. T.Babayev, t.ü.f.d. Q.Qoşqarlı və məsələ ilə bağlı Elmi Şuraya dəvət edilmiş t.ü.f.d. M.Mustafayev) nəticəsində Elmi Şura qərara aldı ki, əsər bir daha rəy üçün t.ü.f.d. M.Mustafayevə təqdim olunsun.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — İnstitutun şöbə və sektorlarının illik hesabatlarının müzakirəsi oldu. Tərtib olunmuş siyahı üzrə ilk olaraq “Etnoarxeologiya” şöbəsinin müdiri t.ü.e.d. Nəcəf Müseyibli rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat verdi. Hesabatla bağlı müzakirələrdə akademik T.Bünyadov, t.ü.e.d. M.Rəhimova, t.ü.f.d. T.Babayev, şöbə müdiri P.Qasımov çıxış etdilər. T.ü.e.d. N.Müseyiblinin rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabatı qəbul edildi.
“Tarixi etnoqrafiya” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, akademik Teymur Bünyadov rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Akademik T.Bünyadovun hesabat xarakterli çıxışından sonra hesabatın müzakirəsi keçirildi. Müzakirələrdə t.ü.e.d. M.Rəhimova, t.ü.e.d. Əsədulla Cəfərov, t.ü.e.d. N.Müseyibli, t.ü.f.d. Q.Qoşqarlı, t.ü.f.d. F.Quliyev iştirak etdilər. Müzakirələrdən sonra akademik T.Bünyadovun rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabatı qəbul edildi. Antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli rəhbərliyi altında olan “Müasir dövr etnoqrafiyası” şöbəsinin illik hesabatı üzrə çıxış etdi. Natiqin rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat xarakterli çıxışına dair iclas iştirakçılarının (t.ü.e.d. M.Rəhimova və t.ü.e.d. N.Müseyibli) suallarını cavablandırdıqdan sonra hesabat qəbul edildi. T.ü.e.d. Emil Kərimov rəhbəri olduğu “Etnososioloji tədqiqatlar” şöbəsinin illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Çıxışdan sonra t.ü.e.d. E.Kərimov suallara (t.ü.f.d. Tofiq Babayev) cavab verdi. T.ü.e.d. E.Kərimov rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabatı yekdilliklə qəbul edildi.
Daha sonra t.ü.f.d. Fərhad Quliyev müdiri olduğu “Elmi ekspozisiyası” şöbəsinin illik hesabatı üzrə çıxış etdi. Natiqin rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat xarakterli çıxışına dair iclas iştirakçılarının (t.ü.e.d. M.Rəhimova, t.ü.e.d. N.Müseyibli, t.ü.e.d. Ə.Cəfərov) apardığı müzakirələrdən sonra hesabat qəbul edildi. “Numizmatika və Epiqrafika” sektorunun müdiri t.ü.f.d. Akif Quliyev rəhbəri olduğu sektorun illik fəaliyyəti barədə çıxış etdi. T.ü.f.d. A.Quliyevin rəhbəri olduğu sektorun illik fəaliyyəti barədə hesabat xarakterli çıxışı ətrafında müzakirələr (t.ü.e.d. M.Rəhimova, t.ü.f.d. Q.Qoşqarlı, t.ü.f.d. İ.Əliyev) aparıldıqdan sonra hesabat qəbul edildi. “İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbəri Pərviz Qasımov şöbənin illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Hesabat üzrə müzakirələrdə t.ü.e.d. M.Rəhimova, t.ü.e.d. Ə.Cəfərov, t.ü.e.d. N.Müseyibli, t.ü.e.d. E.Kərimov iştirak etdilər. “İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbəri Pərviz Qasımov şöbənin illik fəaliyyəti barədə hesabatı qəbul edildi.
“Xalçaşünaslıq” sektorunun əməkdaşı t.ü.f.d. Tahir Şahbazov sektorun fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. “Xalçaşünaslıq” sektorunun hesabatı üzrə t.ü.f.d. Q.Qoşqarlı çıxış edərək təkliflərini verdi. Sektorun illik hesabatı yekdilliklə qəbul edildi.
Daha sonra “Azərbaycanın arxeoloji abidələrinin toplusu” sektorunun müdiri t.ü.f.d. Abuzər Ələkbərov rəhbərliyi altında olan sektorun illik fəaliyyəti barədə hesabat verdi.
Sektorun illik fəaliyyəti barədə hesabata dair iclas iştirakçılarının sual və iradları olmadığından hesabat qəbul edildi.
İnstitutun “Elmi arxiv”inin rəhbəri t.ü.f.d. İdris Əliyev tabeçiliyindəki strukturun illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Hesabatdan sonra keçirilmiş müzakirələrdə t.ü.e.d. N.Müseyibli, t.ü.e.d. Ə.Cəfərov, t.ü.f.d. Q.Qoşqarlı çıxış etdilər. İnstitutun “Elmi arxiv”inin rəhbəri t.ü.f.d. İdris Əliyevin tabeçiliyindəki strukturun illik fəaliyyəti barədə hesabatı yekdilliklə qəbul edildi.
Şöbə və sektor rəhbərləri tabeliklərində olan strukturların illik fəaliyyəti barədə yazılı hesabatları Elmi Şura iclasının sədrinə təqdim etdilər.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — İnstitutun əməkdaşı Yaqub Məmmədovun fəlsəfə doktoru üzrə dissertasiya mövzusunun adında qismən dəyişiklik edilməsi oldu. Aparılmış müzakirlərdən (t.ü.e.d. Ə.Cəfərov, t.ü.e.d. N.Müseyibli, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. S.Aşurov) sonra qərara alındı ki, İnstitutun əməkdaşı Yaqub Məmmədovun fəlsəfə doktoru üzrə “Cənubi Qafqaz əhalisinin paleoantropoloji tərkibi (kranoloji tədqiqi)” mövzusunun adında qismən dəyişiklik edilərək “Homo cinsin Cənubi Qafqazda məskunlaşması (arxeoloji və paleoantropoloji materiallar əasında)” adlandırılsın.
Elmi Şuranın gündəliyinin dördüncü məsələsi — “dosent” elmi adı almaq üçün İnstitutun elmi əməkdaşı t.ü.f.d. Məlahət Fərəcovanın təqdim olunan sənədlərinin müzakirəsi idi. İddiaçının təqdim edilmiş sənədləri ilə tanışlıqdan sonra Elmi Şura iclasının iştirakçıları iddiaçının namizədliyinin səsverməyə çıxarılması barədə qərar verdilər.
Təklif əsasında t.ü.e.d. Ə.Cəfərov sədr olmaqla, t.ü.f.d. B.Cəlilov və şöbə müdiri P.Qasımovdan ibarət Say komissiyası yaradıldı. Səsvermə keçirildi. Say komissiyasının sədri t.ü.e.d. Ə.Cəfərov Elmi Şuranın iclas iştirakçılarını keçirilmiş 26 noyabr 2018-ci il tarixli gizli səsvermənin 13 saylı protokoluna əsasən məsələ üzrə səsvermə nəticələrini açıqladı.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 27 üzvündən 18-nin iştirakı ilə keçirilmiş 26 noyabr 2018-ci il tarixli iclasındakı səsverməyə əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaş t.ü.f.d. Məlahət Fərəcovanın namizədliyi üzrə səslər aşaşğıdakı kimi olmuşdur: leyhinə - 18, əleyhinə - 0, bitərəf - 0.
Beləliklə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaş t.ü.f.d. Məlahət Fərəcovanın namizədliyi yekdilliklə müsbət səs almışdır.
Say komissiyasının protokol üzrə nəticələri açıqlandıqdan sonra Elmi Şura cari məsələləri müzakirə etdi.