Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  24.12.2019

2019-cu il 20 dekabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — 2020-ci ilin birinci yarısına dair Elmi Şuranın iş planının müzakirəsi idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova Elmi Şura üzvlərini 2020-ci ilin birinci yarısına dair Elmi Şuranın iş planı ilə tanış etdi. Məsələ ilə bağlı sual, irad və qeydlərin irəli sürülməsi təklif edildi. Məsələ ilə bağlı sual, irad və qeydlər olmadığından təklif olundu ki, 2020-ci ilin birinci yarısına dair Elmi Şuranın iş planı səsverməyə qoyuldu. Yekdil səslə 2020-ci ilin birinci yarısına dair Elmi Şuranın iş planı qəbul edildi.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq “Müasir dövr etnoqrafiyası” şöbəsinin böyük elmi işçisi t.ü.f.d. Xatirə Ağaismayıl qızı Ağayevanın “Azərbaycanın ənənəvi oyun, bayram və əyləncələri” adlı monoqrafiyası idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova bildirdi ki, monoqrafiyanın rəyçiləri t.e.d., professor N.Quliyeva və t.ü.f.d. M.Əliyevadır. Monoqrafiya “Müasir dövr etnoqrafiyası” şöbəsində müzakirə edilib çapa məsləhət görülüb. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş — İnstitutun şöbə müdiri, t.e.d. Tarix Meyrut oğlu Dostiyevin müəllifi olduğu “Şəmkir keramikası. I hissə. Çirsiz saxsı məmulat” adlı monoqrafiyası (elmi rəyçilər t.ü.f.d. R.Bəşirov və t.ü.f.d. N.Hüseynli) idi. Professor Maisə Rəhimova bildirdi ki, monoqrafiya “Orta əsrlər arxeologiyası” şöbəsində müzakirə edilib, çapa məsləhət bilinib. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış üçüncü hazır elmi iş — İnstitutun “Tarixi etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Tofiq Ağababa oğlu Babayevin “Bahadırlar yurdu” adlı monoqrafiyası idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova bildirdi ki, monoqrafiyanın rəyçiləri t.ü.f.d., dosent Ə.Əliyev, t.ü.f.d., dosent G.Abdulovadır. Monoqrafiya “Tarixi etnoqrafiya” şöbəsində müzakirə edilərək çapa məsləhət bilinib. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — “dosent” elmi adı almaq üçün İnstitutun elmi əməkdaşı t.ü.f.d. İzmira Quliyevanın təqdim olunan sənədlərinin müzakirəsi idi. İddiaçının təqdim edilmiş sənədləri ilə tanışlıqdan sonra Elmi Şura iclasının üzvləri iddiaçının namizədliyinin səsverməyə çıxarılması barədə qərar verdilər.
Təklif əsasında t.e.d. Ə.Cəfərov sədr olmaqla, t.ü.f.d. C.Eminli və t.ü.f.d. B.Cəlilovdan ibarət Say komissiyası yaradıldı. Səsvermə keçirildi. Say komissiyasının sədri t.e.d. Ə.Cəfərov Elmi Şuranın iclas iştirakçılarına keçirilmiş 20 dekabr 2019-cu il tarixli gizli səsvermənin 13 saylı protokoluna əsasən məsələ üzrə səsvermə nəticələrini açıqladı.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 27 üzvündən 18-nin iştirakı ilə keçirilmiş 11 fevral 2019-cu il tarixli iclasındakı səsverməyə əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaş t.ü.f.d. İzmira Quliyevanın namizədliyi üzrə səslər aşağıdakı kimi olmuşdur:
leyhinə - 17, əleyhinə - 1, bitərəf - 0.
Beləliklə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaş t.ü.f.d. İ.Quliyevanın namizədliyi böyük əksəriyyətlə müsbət səs almışdır.
Say komissiyasının protokol üzrə nəticələri açıqlandıqdan sonra Elmi Şura cari məsələləri müzakirə etdi.