Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN KOLLEKTİVİ NOVRUZ ŞƏNLİYİ KEÇİRDİ

  18.03.2019

Martın 15-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının təşəbbüsü və dəstəyi ilə İnstitutun əməkdaşları üçün Novruz şənliyi keçirildi. “Oğuz xan” şadlıq sarayında təşkil olunmuş möhtəşəm şənlik tədbirini giriş sözü ilə İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov açdı. İnstitut əməkdaşlarını qarşıdakı Novruz bayramı ilə təbrik etdikdən sonra Abuzər Ələkbərov sözü AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovaya verdi.
Professor M.Rəhimova çıxışında İnstitut əməkdaşlarını Novruz bayramı münasibtilə təbrik etdi, onlara şəxsi həyatlarında və elmi faliyyətlərində uğurlar arzuladı. Həmçinin, İnstitutun əməkdaşları şənlik boyunca söz alaraq həmkarlarına səmimi istək və arzularını bildrdilər. Novruz şənliyi milli musiqi sədaları altında şən və səmimi mühitdə davam etdi.