Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“AZƏRBAYCAN XALÇALARI” ELMİ-PUBLİSİSTİK JURNALI MƏQALƏ QƏBULU ELAN EDİR

  17.04.2019

Something0

“Azər-ilmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 6 iyul 2012-ci il tarixli (protokol № 10-R) qərarı ilə Sənətşünaslıq üzrə və 13 mart 2015-ci il tarixli (protokol № 05-R) qərarı ilə Tarix üzrə "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı"na daxil edilmişdir.
Jurnal 30-cu sayı üçün tarix, etnoqrafiya, arxeologiya, sənətşünaslıq, mifologiya, folklor, iqtisadiyyat və s. mövzularda Azərbaycan, ingilis və rus dillərində elmi, elmi-publisistik məqalələrin qəbulunu elan edir.

Məqalələrin yazılışına dair tələblər:

1. Məqalələr çap şəklində, elektron daşıyıcıda və e-mail vasitəsilə (xalchashunasliq@gmail.com) qəbul olunur.
2. Məqalələrin həcmi mövzunun əhatə dairəsindən asılı olaraq dəyişir.
3. Elmi məqalələrdə müəllifin adı, soyadı, iş yeri, elmi dərəcəsi və e-mail ünvanı göstərilməli, ingilis və rus dillərində xülasələr, açar sözlər, UOT kod verilməlidir.
4. Xülasə 150, açar sözlər 10 sözü keçməməlidir.
5. Şəkillər (jpg) yüksək keyfiyyətli, qrafik və cədvəllər düzgün tərtibatlı olmalıdır.
6. Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kodlaşdırılmalıdır.
7. Məqalələr, xülasə və açar sözlər Winword proqramında, Times New Roman şrifti, ara məsafəsi 1.5 olmaqla, 14 punto böyüklüyündə yazı tipi ilə yazılmalıdır.
8. Elmi dərəcəsi olmayan müəlliflərin məqalələri iki elmi rəylə birlikdə təqdim olunmalıdır.
8. Yalnız elmi və üslubi cəhətdən ciddi redaktə olunmuş, ədəbiyyat siyahısı yoxlanılmış məqalələr qəbul olunur.
Məqalələrin çapı üçün ödəniş tələb olunmur.
Ünvan:
Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2., “Azər-İlmə” Xalçaçılıq Mərkəzi
Tel.: (012) 465 17 52 (114)
E-mail: xalchashunasliq@gmail.com