Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



TƏLƏBƏLƏR AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ELMİ TƏCRÜBƏ KEÇMİŞLƏR

  03.05.2019

Mart və aprel ayları ərzində Azərbaycan Respublikası Ali məktəblərinin tədris planına uyğun olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Sənətşünaslıq üzrə ixtisaslaşan tələbələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi təcrübə keçmişlər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutun elmi əməkdaşları t.ü.e.d., professor Hidayət Cəfərov, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Bəxtiyar Cəlilov, t.ü.f.d. Dmitri Kiriçenko, həmçinin, Arxeoloji fondun rəhbəri Arif Rəhmanov, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov və antropoloq Vüsal Həsənov tələbələrə İnstitutun strukturu, aparılan arxeoloji və etnoqrafik tədqiqatlar, elmi tədqiqatların metodları barədə məlumat vermişlər. Həmçinin, tələbələr İnstitutun Arxeoloji fondunda və İçəri Şəhərdəki Elmi sərgi-muzeyindəki maddi mədəniyyət nümunələri və arxeoloji tapıntılarla tanış olmuşlar.