Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“ARXEOLOGİYA” VƏ “ETNOQRAFİYA VƏ ETNOLOGİYA” İXTİSASLARI ÜZRƏ İMTAHAN KEÇİRİLDİ

  20.05.2019

13 may 2019-cu il tarixdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda “Arxeologiya” və “Etnoqrafiya və etnologiya” ixtisasları üzrə test üsulu ilə doktorant və dissertantların doktorluq imtahanları keçirilib. Tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın sədrlik etdiyi imtahan komissiyasına t.ü.e.d. N.Ə.Müseyibli, t.ü.f.d. S.H.Aşurov, t.ü.f.d. S.M.Ağamaliyeva, t.ü.f.d. A.A.Quliyev, t.ü.f.d. B.F.Əliyev və elmi işçi F.A.Əliyeva daxil idilər.
İmtahana yazılan 5 iddiaçıdan 4-ü iştirak etmişdir. 3 iddiaçı “Etnoqrafiya və etnologiya” ixtisası, 1 iddiaçı isə “Arxeologiya” ixtisası üzrə imtahan verdi. 4 iddiaçının hər biri imtahandan yüksək nəticə əldə etdi. Test suallarının cavablandırılması bitdikdən dərhal sonra imtahanın nəticələri doktorant və dissertantların özlərinə bəlli edildi.