Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



QƏBƏLƏDƏ GƏNC ARXEOLOQ ALİM VƏ TƏLƏBƏLƏRİN YAY MƏKTƏBİ KEÇİRİLƏCƏK

  29.06.2019

İyul ayının 9-dan başlayaraq Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbinə start veriləcək. Qəbələ Arxeoloji Mərkəzində bir həftə ərizində davam edəcək tədbirin təşkilatçıları AMEA-nın İctimai Elmləri BölməsiGənc Alim və Mütəxəssislər Şurasıdır.
Yay məktəbində müxtəlif elm və təhsil müəssisələrinin gəncləri bir sıra elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, arxeologiya elminin problemlərinə dair interaktiv mühazirələri dinləmək imkanı qazanacaqlar. Respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələrinə dair müzakirələrə gənclərin cəlb olunması tədbirin əsas məqsədidir. Yay məktəbinin gedişində üç elmi panel üzrə konfransın keçirilməsi də planlaşdırılır.
Bundan başqa, tədbirdə iştirak edən gənclər üçün dünyanın sivilizasiya tarixi və mədəniyəti üçün böyük əhəmiyyət kəsb edən “Leylatəpə” arxeoloji mədəniyyətinə aid “Qala yeri” abidəsində çöl tədqiqatlarının aparılması nəzərdə tutulub.