Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



PROFESSOR VİDADİ MURADOV “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİ (1918-2018)” YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB

  18.07.2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, tarix elmləri doktoru, professor, xalçaçı-ekspert Vidadi Aydın oğlu Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir. Yubiley medalı 17 iyul 2019-cu il tarixində – professor Vidadi Aydın oğlu Muradova təqdim edilib.
Professor V.A.Muradov xalçaçılıq sənətinin tarixi köklərinin öyrənilməsi, qədim ənənələrin təhlili və müqayisəsi, Azərbaycan xalçaçılığının əhali tarixi aspektində öyrənilməsi, xalça qruplarının təsnifatı prinsiplərinin təkmilləşdirilməsi, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan milli xalçaların üzə çıxarılması və obyektiv ünvanlandırılması istiqamətində tədqiqatlar aparır. Onun rəhbərliyi ilə indiyədək “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Qazax-Borçalı bölgəsinin xalçaçıları”, “Dərbənd xalçaçılığı”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Boyaqçılıq”, “Lənkəran-Astara bölgəsi: tarixi və xalçaçılığı”, Muğan, Təbriz, Bakı, İrəvan, Quba, Şirvan, Gəncəbasar bölgələrinin xalçaçılıq ənənələri və s. kimi aktual mövzularda tədqiqat işləri aparılmışdır. O respublikamızda və xarici ölkələrdə nəşr olunmuş 200-ədək monoqrafiyanın, dərsliyin, məqalələrin müəllifidir. Alim eyni zamanda 2011-ci ildən nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur.