Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



"QAFQAZ NEOLİTİ" FİLMİ AZƏRBAYCAN TELEVİZİYASINDA

  29.08.2019

Azərbaycan Dövlət Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filmi efirə çıxacaqdır. Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin ictimaiyyətləşməsinə həsr olunmuş sənədli filmdə əsasən bölgənin Neolit dövrünün erkən kəndlərini əks etdirən qədim yaşayış yerlərinin elmi əhəmiyyəti yer almışdır.
Filmdə Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri və bu abidənin fonunda digər öyrənilmiş qədim yaşayış yerlərinin ölkəmizin qədim tarixində önəmindən bəhs edilir. Film üzərində işləyən yaradıcı heyət "National Geographic" kanalının arxeoloji mövzuda olan filmlərin üslub tərzinə uyğun şəkildə və elmi informasiyanın populyarlaşması aspektində hazırlanmasına üstünlük vermişdir. Ölkəmizdə uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların abidələrimizin əhəmiyyəti ilə bağlı verdikləri şərhlər və Göytəpə arxeoloji kompleksinin Qafqazın sivilizasiya tarixində oynadığı rolun detalları geniş tamaşaçı kütləsinin marağına səbəb olacaqdır.
Filmin prodüseri "Azərbaycantelefilm" Yaradiciligi Birliyininin direktoru, xalq artisti Ramiz Həsənoğlu, senari müəllifi əməkdar jurnalist Sadıx Elcanlı, rejisoru Elnurə Kazımova, elmi məsləhətçisi isə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d., arxeoloq, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevdir.
Film sentyabr 21-də AzTV kanalında nümayiş etdiriləcək.

Filmin Youtube-də ünvanı: https://youtu.be/zUHwzrwU7mg
https://www.youtube.com/watch?v=zUHwzrwU7mg&feature=youtu.be