Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



YAPONİYALI ALİMLƏR AZƏRBAYCANIN MEZOLİT-NEOLİT DÖVRÜNƏ AİD TAPINTILARI TƏDQİQ EDİRLƏR

  04.03.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdindəki Arxeoloji Fondda elmi ezamiyyətdə olan yaponiyalı alimlər — Tokiodakı Kokuqakuin Universitetinin Yazı fakültəsinin doktoru, arxeoloq Hiroto Nakata və Yaponiya Elmin İnkişafı Fondunun və Perspektivli Tədqiqatlar Universitetinin (Hayama şəhəri, Kanaqava prefekturası) doktoru, arxeoloq Sayci Arai kameral tədqiqatlar aparmaqdadırlar.
Bildirək ki, yaponiyalı mütəxəssislər 2015-2019-cu illər arasında Azərbaycanın qərb rayonlarında, əsasən də Qazax rayonun hüdudlarında yerləşmiş Avey dağı ərazisində və Damcılı mağarasında tədqiqat aparan Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyasının üzvləridirlər.
Yaponiyalı alimlərin kameral tədqiqatlarının əsas obyekti — arxeoloji tədqiqatlar zamanı Azərbaycan ərazisində aşkar edilmiş mezolit və neolit dövrünə aid daş və sümük əmək alətləridir. Aşkar edilmiş alətlərin trasoloji analizi Azərbaycan ərazisində yaşamış mezolit və neolit dövrü insanlarının daş və sümük emalı texnologiyalarının oxşar və fərqli xüsusiyyətlərinin müəyyən edilməsi, yerli özəlliklərin və əhalinin mümkün miqrasiya vektorlarının təyinidir. Eyni zamanda yaponiyalı mütəxəssislərin müasir texnologiyalar vasitəsilə apardığı tədqiqatlar Azərbaycan ərazisinin mezolit dövründə iqlimi, flora və faunası barədə təsəvvür formalaşmasına imkan yaradır.

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.