Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNGİLTƏRƏLİ ALİM NAXÇIVAN ƏRAZİSİNDƏ PALEOZOOLOJİ TƏDQİQATLAR APARIB

  16.03.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d., arxeoloq S.H.Aşurov və həmin şöbənin əməkdaşları F.A.Əliyeva və İ.A.Nəhmətova Naxçıvan MR-ə elmi ezamiyyətdə olmuşlar. Ezamiyyətin əsas məqsədini Böyük Britaniyadan ölkəmizə səfər edən arxeozoologiya üzrə mütəxəssis, London Arxeologiya İnstitutunun elmi əməkdaşı Gwendoline Maurer tərəfindən 2009-2015-ci illərdə I Maxta yaşayış yerində aparılan qazıntılar zamanı əldə edilən heyvan sümüklərinin elmi təhlilinin təmin edilməsinin təşkili idi.
Ezamiyyətin ilk günündə AMEA-nın Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev və Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qədim dövr arxeologiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir-üzvü Vəli Baxşəliyev tərəfindən Naxçıvan bölməsinin fəaliyyəti, Naxçıvan MR ərazisində son illərdə aparılan arxeoloji qazıntılar haqqında məlumat verilmiş və ingiltərəli tədqiqatçıya bu haqqda kitablar təqdim edilmişdir. Daha sonra Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə və I Kültəpə abidələrinə, Möminə Xatun və Yusif ibn Küseyr türbələrinə, qədim Naxçıvan şəhər yerinə baxış keçirilmiş və Gwendoline Maurerə Naxçıvan memarlıq məktəbi haqqında məlumat verilmişdir.
Sonrakı günlərdə İnstitutun əməkdaşları və ingiltərəli tədqiqatçı II Kültəpə, Oğlanqala, Ovçulartəpəsi, Qızqala, I Maxta abidələrində olmuşdur. “I Maxta ekspedisiyası”nın rəhbəri S.H.Aşurov və ekspedisiyanın üzvü F.A.Əliyeva I Maxta yaşayış yerinin xüsusiyyətləri haqqında Gwendoline Maurerə məlumat vermişlər. Artefaktlarla tanış olan qonaq mütəxəssisi olduğu sahə üzrə abidədən aşkar edilərək toplanılan heyvan sümüklərini ilkin tədqiqata cəlb etmişdir.

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.