Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA MAGİSTRANTLARIN TƏHSİLİ DİSTANT OLARAQ DAVAM ETDİRİLİR

  10.04.2020

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun I və II kurs magistrantları martın 29-dan başlayaraq dərslərini distant formada davam etdirirlər.
İnstitutda "Arxeologiya və Etnoqrafiya" istiqaməti üzrə 3, "Antropologiya" istiqaməti üzrə 2 tələbə distant təhsil alır. “İslam arxeologiyası”, “Arxeologiyanın müasir problemləri”, “Azərbaycan etnoqrafiyası”, “Azərbaycanın azsaylı xalqları”, "Antropologiyanın müasir problemləri" və s. fənlər “Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri, t.ü.e.d., professor Tarix Dostiyev, “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, t.ü.f.d. Bəhlul İbrahimli, BDU-nun "Arxeologiya və Etnoqrafiya kafedrası"nın professoru, t.ü.e.d. Şirin Bünyadova, İnstitutun "Xalçaşünaslıq sektoru"nun aparıcı elmi işçisi, t.ü.f.d. Tahir Şahbazov, Antropologiya mərkəzinin müdiri, a.ü.e.d, professor Əliağa Məmmədli və həmin mərkəzin elmi əməkdaşı Vüsal Həsənov tərəfindən keçilir.
Eyni zamanda "Arxeologiya və Etnoqrafiya" ixtisaslaşması üzrə təhsil alan II kurs tələbələri t.ü.f.d. Səfər Aşurovun rəhbərliyi ilə pedoqoji təcrübəni də onlayn formada keçirlər.
İnstitut rəhbərliyinin və “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin nəzarəti altında həyata keçirilən distant tədris prosesi barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə mütəmadi olaraq məlumatlar verilir.

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.