Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQLAR TUNC, ERKƏN DƏMİR VƏ ANTİK DÖVR AZƏRBAYCAN ARXEOLOGİYASI ÜZRƏ PROBLEMLƏRİ MÜZAKİRƏ ETDİLƏR

  01.05.2020

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının “Facebook” sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində videokonfranslar davam edir.
Növbəti videokonfransda Azərbaycan arxeologiyasının nəzəri məsələlərinin geniş müzakirəsi aparılmışdır. "Qafqazda e.ə. II - I minilliklərdə mədəni - tarixi prosseslər: ətraf bölgələrin təsiri, sosial qurluş və dini inanclar" mövzusu ölkəmizin qədim dövr tarixinin ən əhəmiyyətli mərhələlərini özündə əks etdirir.
Tədqiqatçılar Orta tunc dövrü, Son Xoçalı-Gədəbəy mədəniyyəti və Antik dövrün problemlərinə aid mövzuları müzakirə etmiş və gələcək illərdə Azərbaycan arxeologiyasının yeni tədqiqat mövzularına ehtiyac olduğunu bildirmişlər. Videokonfrans iştirakçıları son illərin tədqiqat işlərindən əldə olunmuş nəticələri əsas götürməklə bir sıra yeni mövzuların gündəmə gəlməsini və abidələrin arxeoloji cəhətdən öyrənilməsi işlərinə münasibətin köklü şəkildə dəyişdirilməsini xüsusilə vurğulamışlar. Videokonfrans iştirakçıları müasir arxeologiya elminin tələbləri fonunda radiokarbon tarixlər seriyasının yaradılması, paleometal, paleoantropoloji, palinoloji, arxeogenetik və d. arxeometrik sahələr üzrə tədqiqatlar istiqamətində araşdırmaların intensivləşdirilməsinin vacibliyini qeyd etdilər.
Belə ki, maddi mədəniyyət abidələrinin tədqiqi e.ə. II-I minilliklərdə Azərbaycan ərazisində zəngin mədəni və siyasi baxımdan əhəmiyyətli proseslərin baş verdiyini göstərir. Bu baxımdan dövrün inzibati idarəçiliyi, vahid dini inanclar sistemi və hərb işinin priroritet olması barədə geniş məlumatların əldə edilməsi aparılmış araşdırmaların əsas nəticələri olmuşdur.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.