Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİMİN MƏQALƏSİ BEYNƏLXALQ İMPAKT FAKTORLU JURNALDA DƏRC EDİLİB

  04.05.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. professor Nəcəf Müseyiblinin məqaləsi beynəlxalq impakt faktorlu, Clarivate Analytics, Scopus və digər elmi bazalarda indeksləşən “Stratum plus. Археология и культурная антропология” jurnalının yeni nəşr edilmiş 2020-ci il 2-ci sayında dərc olunmuşdur. “Son xalkolitdə Ön Asiyadan Qafqaza miqrasiyalar (e.ə. IV minilliyin birinci yarısı)” (“Миграции из Передней Азии на Кавказ в позднем халколите (первая половина IV тыс. до н.э.)”) adlı məqalədə xalkolit dövrünün son mərhələsində Şərqi Anadolu-Şimali Mesopotamiyadan Cənubi Qafqaza, xüsusilə də Azərbaycan ərazilərinə insanların axınlarından və bu proseslərin səbəblərindən bəhs edilir. Bu miqrasiyaların nəticəsində Cənubi Qafqazda Leylatəpə arxeoloji mədəniyyəti yaranmışdır. Məqalədə təkzibolunmaz arxeoloji faktlar əsasında bu mədəniyyətin əhalisinin bir qisminin Şimali Qafqaza köçü nəticəsində orada elmdə “Maykop arxeoloji mədəniyyəti” adlandırılan mədəniyyətin təşəkkül tapması xüsusilə vurğulanır.
Leylatəpə mədəniyyəti abidələrinin tədqiqatları göstərir ki, bəhs olunan dövrdə Azərbaycan ərazisi Ön Asiyanın ən inkişaf etmiş sivilizasiyalarının yayıldığı areala daxil olmuşdur.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.