Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCAN BEYNƏLXALQ ONLAYN-MÜHAZİRƏDƏ TƏMSİL OLUNDU

  18.05.2020

17 may 2020-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dmitriy Kiriçenko Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutu (REA Aİ) tərəfindən “Paleoantropologiya: qədim miqrasiyaları necə tədqiq etmək?” mövzusunda təşkil edilmiş beynəlxalq onlayn-mühazirədə iştirak etmişdir. Mühazirəni REA Aİ-nin Kontekstual antropologiya laboratoriyasının rəhbəri, tarix elmləri doktoru Mariya Vsevolodovna Dobrovolskaya oxudu.
Mühazirədə qədim insanların sümük qalıqları əsasında miqrasiya məsələləri, həmçinin, bu mövzuda tədqiqatlarda paleoDNT analizlərinin oynadığı rol mövzusuna toxunulmuşdu.
Mühazirədə Homo sapiens cinsinin miqrasiyaları və dünyanı məskunlaşdırmaları, epipaleolit (son buzlaşmada paleolitdən mezolitə keçid) və neolit dövründə Ön Asiyadan Avropaya miqrasiyalar, xalkolit, tunc dövrü Avrasiya miqrasiyaları, iskitlərin köçləri və Xalqların Böyük köçü dövrünün miqrasiyaları nümunələr kimi göstərilmişdir.
Mühazirə, miqrasiya proseslərinin bərpasında mütəxəssislərə kömək edən kraniologiya, qədim DNT və izotop analizləri kimi sahələrin hər birinə həsr olunmuş 3 bölmədən ibarət idi. Mühazirədə Azərbaycan, Rusiya, Belorusiya, Qazaxıstan, Özbəkistan və Tacikistanı təmsil edən 40-adək arxeologiya, antropologiya, genetika və d. elm sahələri mütəxəssisləri iştirak edirdilər.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.