Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“AZƏRBAYCANLILAR. XIX-XX ƏSRLƏRDƏ MİLLƏTİN FORMALAŞMASININ BAŞLICA MƏRHƏLƏLƏRİ” KİTABI MOSKVADA ÇAPDAN ÇIXIB

  04.06.2020

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Aydın Balayevin “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı Moskvanın “Flinta” nəşriyyatında çapdan çıxıb.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunub.
Monoqrafiyada Cənubi Qafqazda əhali baxımından ən çoxsaylı xalq olan azərbaycanlıların əsrlər əvvəl bu torpaqlara köçməsi, Azərbaycan etnosunun formalaşması, eləcə də XIX-XX əsrlərdə azərbaycanlıların həyatında baş mədəni-iqtisadi dəyişikliklər və digər mövzulara toxunulub.
Nəşr tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.