Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA ÜZRƏ MAGİSTRLİK DİSSERTASİYALARININ MÜDAFİƏSİ KEÇİRİLDİ

  25.06.2020

24 iyun 2020-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Magistr Dissertasiya İşlərinin Müdafiəsi Üzrə İxtisaslaşdırılmış Elmi Şurasının iclası keçirilmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar Respublikada sərt karantin rejimi tətbiq edildiyi üçün iclas onlayn şəkildə “Skype” proqramı vasitəsi ilə həyata keçirilmişdir. İnstitutun “Arxeologiya və etnoqrafiya” ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantları Məmmədli Nərminin “Şirvan bölgəsinin antik dövr bədii metalişləmə sənəti (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” və Bayramova Günayın “Keramika və xalçalar üzərindəki naxışların semantikası” adlı magistrlik dissertasiyaları İxtisaslaşdırılmış Elmi Şuraya müdafiə üçün təqdim olunmuşdur.
Magistrantlar tədqiq etdikləri mövzunun aktuallığı, elmi yeniliyi, istifadə etdikləri mənbələr, dissertasiya işlərinin quruluşu, əldə etdikləri nəticələr barədə ətraflı məlumat verdilər, İxtisaslaşdırılmış Elmi Şura üzvlərinin mövzu ilə bağlı suallarını cavablandırdılar. İxtisaslaşdırılmış Elmi Şura üzvləri müzakirə zamanı təqdim olunmuş tədqiqat işlərinin müasir elmin standartlarına cavab verdiyini qeyd etdilər və tədqiqat işlərini yüksək qiymətləndirdilər.
İclasda Şura üzvlərindən başqa magistrantların elmi rəhbərləri, İnstitutun digər əməkdaşları və AMEA Elm Təhsil İdarəsinin Magistratura şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak etmişdir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.