Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ANTROPOLOGİYA VƏ AZƏRBAYCAN ETNOQRAFİYASI İXTİSASLARI ÜZRƏ İMTAHANLAR KEÇİRİLDİ

  06.07.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda magistratura pilləsində “Antropologiya” və “Arxeologiya və etnoqrafiya” ixtisaslaşmaları üzrə təhsil alan I kurs magistrantların “Antropologiyanın müasir problemləri” və “Azərbaycan etnoqrafiyası” fənlərindən imtahanlar keçirilmişdir. İmtahanlarda tələbələrin cavablarını “Antropologiyanın müasir problemləri” fənn müəllimi antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli və “Azərbaycan etnoqrafiyası” fənn müəllimi tarix elmləri doktoru, professor Şirin Bünyatova qiymətləndirmişdir. İmtahan nəticəsində I kurs magistrantları yüksək nəticə əldə etmişlər.
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Respublika ərazisində sərt karantin rejimi səbəbi ilə imtahanlar onlayn şəkildə keçirilib. İmtahanlarda tələbələr və fənn müəllimləri ilə yanaşı İnstitutun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov da iştirak etmişdir.
Qeyd edək ki, növbəti günlərdə yay imtahan sessiyası çərçivəsində hər ixtisaslaşma üzrə daha 3 imtahan keçiriləcəkdir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.