Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



GƏNC ANTROPOLOQ MAGİSTRANTLARIN SEMİNAR MƏŞĞƏLƏLƏRİ DAVAM EDİR

  27.10.2020

Arxeologiya və Etnoqrafiya İnstititunda bu il magistraturaya qəbul olmuş magistrantların tədris proqramına uyğun olaraq Mədəni antropologiya ixtisası üzrə seminar məşğələləri davam etməkdədir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli tərəfindən I kurs magistrantlara “Antropologiyanın əsasları” mövzusu üzrə seminar məşğələsi aparılmaqdadır. Məşğələdə professor Ə.Məmmədli magistrantları antropologiya elminin mahiyyəti, antropologiyanın tədqiqat obyekti və metodları, klassik və müasir antropologiyada cərəyanlar və d. antropologiya elminin əsaslarını təşkil edən baza bilikləri ilə tanış etməkdədir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantlarının elmi seminarları bu ilin sonuna qədər müxtəlif mövzular üzrə davam edəcəkdir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.