Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İXTİSAS ÜZRƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLDİ

  10.02.2020

2020-ci il 07 fevral tarixində Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqləndirmə Şurası “Arxeologiya, Etnoqrafiya və Antropologiya İxtisasları üzrə Elmi Şurası”nın ilk iclası keçirildi. Giriş sözü ilə çıxış edən Şuranın sədri t.e.d., professor Nəcəf Müseyibli iclası açaraq Şura üzvlərinə yeni yaradılmış bu qurumun Əsasnaməsi, hüquqları, vəzifələri və gələcək fəaliyyətinin istiqamətləri barədə məlumat verdi.
Şuranın sədri N.Müseyibli Şura üzvlərinə xatırlatdı ki, 2019-cu il 25 sentyabr tarixində AMEA RH-nin qərarı ilə ixtisaslar üzrə elmi şuralar, o cümlədən, Arxeologiya, Etnoqrafiya və Antropologiya İxtisasları üzrə Elmi Şuranın tərkibi təsdiq olunmuşdur. Professor N.Müseyibli Şuranın Əsasnaməsində əks olunmuş müddəaları iclas iştirakçılarına xatırladaraq bildirdi ki, qurum, daxil olan dissertasiya mövzularının və adlarının elmi tutumluluğunu və ixtisasa uyğunluğunu müzakirə edir, müzakirə əsnasında müsbət dəyərləndirilmiş mövzunun təsdiq olunması barədə Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasına müraciət edir.
İclasda beş dissertasiya mövzusu geniş müzakirə edildi, onlardan üç dissertasiya mövzusunun təsdiq olunması haqqında Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasına müraciət edilməsi barədə qərar qəbul edildi.


© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.