ARXEOLOQLAR ELM GÜNÜ İLƏ ƏLAQƏDAR VİDEO-TƏQDİMATLAR HAZIRLADILAR
27.03.2021
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Elm Günü münasibətilə 2020 və 2021-ci ildə aparılmış tədqiqatları əks etdirən video təqdimatlar hazırlamışlar. Neolit dövrünün Şomutəpə mədəniyyətinə aid Göytəpə yaşayış yeri (tədqiqatçılar: t.ü.f.d. Fərhad Quliyev, professor Yoşihiro Nişiyaki), İlk Tunc dövrünün Kür-Araz mədəniyyətinə aid Çaqqallıqtəpə abidəsi (təqdimat müəllifləri: t.ü.f.d. Səfər Aşurov və İlahə Nəhmətova), Keşikçidağ Qoruğunda aparılmış tədqiqatlar zamanı aşkar edilmiş Orta Tunc və Son Tunc dövrünə aid abidələr (tədqiqatçı: t.ü.f.d. Pərviz Qasımov), Son Tunc və İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolu (tədqiqatçılar: t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Bəxtiyar Cəlilov), Orta əsr Şabran şəhər yeri (təqdimat müəllifi: İlahə Nəhmətova) və Beşbarmaq dağında aparılmış tədqiqatlar (tədqiqatçı: Sevinc Hüseynova) barəsində təqdimatlar İnstitutun Youtube video paylaşma sistemindəki səhifəsində (www.youtube.com) yerləşdirilmişdir.
Yüksək səviyyədə hazırlanmış videotəqdimatlar elmi tutumu ilə yanaşı maarifləndirici məqsəd də daşımaqdadırlar.