Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“QARABAĞIN ARXEOLOJİ VƏ ETNOMƏDƏNİ İRSİ: TARİX VƏ GƏLƏCƏYƏ BAXIŞ” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRƏCƏKDİR

  20.04.2021

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
2021-ci il may ayının 21-də
“Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış”
mövzusunda elmi konfrans keçirəcəkdir

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr nəzərdə tutulur:
    1. Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixi
    2. Qarabağ abidələrinin hazırkı vəziyyəti və gələcək tədqiqatların perspektivləri
    3. Qarabağın alban irsi
    4. Qarabağda etnodemoqrafik proseslər
    5. Qarabağ əhalisinin ənənəvi təsərrüfat fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətləri
    6. Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri

Bu istiqamətlər üzrə tezislərin (3 səh. həcmində) 7 may tarixinə qədər aşağıda göstərilən ünvana göndərilməsi xahiş olunur.
pashaoglu@mail.ruparviz.gasimov.pr@gmail.com

Tezislərin tərtibi qaydaları:
-Tezislərin müəllif(lər)inin işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir.
- Tezislər 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.
- Tezislərin mətnləri Times New Roman-14 şrifti ilə, 1,5 intervalla yığılmalıdır.
- Tezislərin açar sözləri göstərilməlidir.

Konfrans ZOOM proqramı ilə onlayn formatda keçiriləcək. Konfransın keçirilmə tarixi (2021-ci il 21 may) ərəfəsində konfrans iştirakçılarının e-poçtlarına ZOOM proqramının müvafiq linki göndəriləcəkdir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.