Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQ ALİMİN MƏQALƏSİ SCOPUS-A DAXİL OLAN BEYNƏLXALQ ELMİ JURNALDA ÇAP EDİLİB

  05.07.2021

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Anar Ağalarzadənin “Azərbaycanın cənub-şərq bölgəsinin dağlıq hissəsinin İlk Tunc dövrü kurqanaltı dəfnləri” adlı məqaləsi SCOPUS Beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri bazasına daxil olan “Qafqazın tarixi, arxeologiyası və etnoqrafiyası” (ИСТОРИЯ, АРХЕОЛОГИЯ И ЭТНОГРАФИЯ КАВКАЗА) jurnalının növbəti sayında çap edilmişdir. Məqalə, Azərbaycanın cənub-şərq bölgəsində bəhs olunan dövrə aid qazıntısı aparılmış kurqanların tədqiqini özündə əks etdirir. XX əsrin 60-cı illərində Telmankənd kurqanlarının qazıntısı zamanı dağətəyi bölgədə İlk Tunc dövrü dəfnlərinin tapılması dağlıq ərazidə də bu tip dəfnlərin mövcudluğu ehtimalını artırmışdır. Məqalə müəllifinin rəhbərliyi altında 2018-2020-ci illər ərzində Yardımlı rayonunun yüksək dağlıq ərazisində, dəniz səviyyəsindən 2100 m yüksəklikdə yerləşən Komanı yaylağında kurqanların aşkarlanması ilə İlk Tunc dövründən başlayaraq yaylaq ərazilərin maldar əhali tərəfindən mənimsənilməsi faktı ortaya çıxmışdır. Komanı yaylağında dörd kurqanın qazıntısı zamanı maraqlı dəfn adətləri izlənilmiş və müxtəlif maddi mədəniyyət nümunələri aşkar edilmişdir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.