Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİM BEYNƏLXALQ MÜSABİQƏNİN MÜNSİFLƏR HEYƏTİNDƏ YER ALIB

  05.08.2021

Azərbaycanlı alim, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev növbəti dəfə Rusiya Federasiyasında geçirilən “Monetnoye Sozvezdiye-2021” (Sikkələr bürcü-2021) xatirə sikkələrinin XV Beynəlxalq müsabiqəsinin münsiflər heyətində yer alıb.
Müsabiqəyə dünyanın 20-dən artıq dövlətinin milli bankları, zərbxanaları və sikkə distribyutor şirkətlərinin 1 yanvar - 31 dekabr 2020 -ci il tarixlərində buraxılan sikkələri təqdim edilir.
Müsabiqədə dünyanın müxtəlif ölkələrinin nüfuzlu numizmat alimləri, bankların, qiymətli kağız evlərinin və zərbxanalarının rəhbərləri, kolleksiyaçılar iştirak edəcək.
Bu il müsabiqədə 9 nominasiya üzrə 27 sikkə qalib elan ediləcək. Xatırladaq ki, bu il müsabiqədə Rusiya, Qazaxıstan, Macarıstan, Cənubi Afrika R, Lixtenşteyn, Qırğızıstan, Fransa, Niderland, Belarusiya, İsrail, Avstraliya, Latviya, Litva, Palau, İsveçrə, Belçika, Kanada, İtaliya, Böyük Britaniya, Polşa, Ermənistan və tanınmamış Abxaziya Respublikasının 2020-ci ildə zərb edilmiş xatirə sikkələri təqdim edilib. İlin sonunda hər nominasiya üzrə I, II və III yerlərin qalibləri elan ediləcək.
A.A.Quliyev bildirib ki, tanınmamış Abxaziya Respublikasını müsabiqədə iştirakı ilə bağlı təşkilat komitəsinə etiraz məktubu göndərib. Qeyd edək ki, bir neçə il bundan əvvəl qondarma “Dağlıq Qarabağ Respublikası sikkələri” ilə bağlı analoji hall yaranmışdı. Şikayət məktubundan sonra qondarma qurumun “sikkələri” müsabiqədən çıxarılmışdır.
Qeyd edək ki, azərbaycanlı alim yeddinci ildir ki, bu nüfuzlu müsabiqəyə münsif dəvət edilir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.