Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ŞƏKİ ŞƏHƏRİNDƏ MƏRHUM ARXEOLOQ NƏSİB MUXTAROVUN XATİRƏSİ ANILIB

  06.10.2021

Şəki şəhərində mərhum arxeoloq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun rəhbəri Nəsib Muxtarovun xatirəsi anılıb.
Mərhum arxeoloqun 70 illiyi münasibətilə təşkil olunan anım mərasimində Şəki rayonunun ictimaiyyət xadimləri, mərhum arxeoloqun iş yoldaşları, o cümlədən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov, ekspedisiya üzvləri, elmi işçilər - İntizar Bədəlova, Bədircahan Məmmədova və digər əməkdaşlar iştirak ediblər.
Azərbaycan şimal-qərb bölgəsində arxeoloji abidələrinin aşkarlanması, mühafizəsi və təbliğində unudulmaz xidmətləri olan arxeoloq Nəsib Muxtarov “Biz diyarı öyrənirik” adlı könüllülər qrupu, “Ocaq” ədəbi-ictimai birliyi, Fazıl kəndindəki yeraltı arxeoloji muzeyin yaradıcısı olub.
Həyatını doğma vətəni olan Şəki rayonundakı arxeoloji-etnoqrafik abidələrin tədqiqinə həsr edən alim müxtəlif tarixi dövrlərinə aid çoxlu sayda abidələrin qeydiyyata alınması və bir sıra arxeoloji layihələrin rəhbər və məsləhətçisi olub.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.