Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA, ETNOQRAFİYA VƏ ANTROPOLOGİYA İNSTİTUTUNDA ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

  05.11.2021

Noyabrın 4-də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.
İnstitutun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov tədbiri açaraq bildirdi ki, Müzəffər Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə 8 noyabr Zəfər Gününün birinci ildönümü ¬¬¬¬qeyd ediləcəkdir. “Müasir dünya tarixində indiyədək görünməmiş bir qələbə qazandıq. Xalqın yekdil dəstəyi ilə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Milli Ordumuzun əldə etdiyi böyük tarixi qələbə təkcə işğalçı düşmənin üzərində deyil, həmçinin, işğalçının arxasında durmuş dünya gücləri üzərində idi” – deyə professor A.Seyidov qeyd etdi.
Professor Abbas Seyidovun təklifi ilə Birinci və İkinci Qarabağ müharibəsində Vətən uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra professor Abbas Seyidov Müzəffər Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək Zəfər Gününə gedən tarixi yol barədə məruzə üçün sözü tarix elmləri doktoru, professor Hidayət Cəfərova verdi.
İnstitutun şöbə müdiri, tarix elmləri doktoru, professor Hidayət Cəfərov mövzu ilə bağlı çıxış edərək erməni faşizminin tarixi köklərindən, yadelli işğalçılar tərəfindən Azərbaycan xalqına qarşı dövrü olaraq aparılmış soyqırımlardan və danışdı. Daha sonra professor H.Cəfərov 44 günlük şanlı müharibədə böyük qələbəyə gedən tarixi hadisələri təhlil etdi. “Azərbaycan xalqının əldə etdyi Zəfərin əsasında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun siyasi varisi olan Müzəffər Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasət, onun şəxsi iradəsi və prinsipial mövqeyi dururdu. Məhz bu əsaslarda respublikamız regionun aparıcı dövlətinə çevrildi, qazanılmış misilsiz qələbəyə aparan 44 günlük müharibədə Azərbaycan Milli Ordusunun tətbiq etdiyi yeni strategiya, taktiki gedişlər və göstərdiyi qəhrəmanlıq dünyanın hərbi analitik mərkəzləri üçün təqlid və təhlil obyektinə çevrildi” – deyə professor H.Cəfərov vurğuladı.
İnstitutun baş direktoru professor Abbas Seyidov azad edilmiş ərazilərdə aparılan nəhəng və misli görünməmiş bərpa və tikinti işlərindən danışdı. Azərbaycan xalqının dəstəyinə və birliyinə arxalanaraq düşmən üzərində qələbə qazanmış Ordumuzun Müzəffər Ali Baş Komandanı, Respublika Prezidenti cənab İlham Əliyevə və onun ailəsinə sağlıq və yeni uğurlar arzulayaraq İnstitutun baş direktoru professor Abbas Seyidov bir daha tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etdi.





© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.